loading...

Sərçələr və pişik

Share Button

Bu oyun uşaqları aktivləşdirmək üçündür

ushaqlar dairede

İdman üçün halqanız varsa, oyunda istifadə edə bilərsiniz. Olmasa, iplə dairə düzəldin və sərçələri təmsil edəcək uşaqları bu dairənin içərisinə yığın.

Dairə onların yuvası olacaq. Uşaqlardan biri pişik rolunu ifa etmək üçün dairədən kənarda dayanır və güya yuxulayır.
Sərçə rolunu oynayan uşaqlar “yuvada pişikdən qorunurlar”.

“Sərçələr uçur!”

deyən kimi uşaqlar dairədən kənara hoppanıb, qollarını yana açır, dağınıq halda qaçırlar.

“Pişik” oyanıb, “miyo-miyo” deyərək sərçələri tutmaq üçün onların dalınca qaçır. Xilas olmaq istəyən “sərçələr” “yuvaya” girib “pişikdən” gizlənirlər.

“Pişik” “ovunu” yanında oturdub yenə xoruldamağa başlayır və oyun təkrar olunur.

Share Button

Bir cavab yazın