loading...

Süd verən ana nə yeməlidir? Nəyi yeməməli?

Share Button

“Hamiləlik bitdi!” deyib, hər istədiyinizi geyinə bilərsiniz, amma yemək məsələsində indi daha diqqətli olmalısınız. Süd verən ana daha yaxşı qidalanmalı, daha müxtəlif, daha keyfiyyətli, təbii (!) məhsullardan istifadə etməlidir. 

Hansı məhsullar zərərli ola bilər?

sud-veren-ana-yemeli• Hisə verilmiş, konservləşdirilmiş məhsulları yemək qadağandır. Məsələ burasındadır ki, ananın yedikləri daxili mexanizm sayəsində südə çevrilir, daha doğrusu qana keçir və süd qan və limfanın tərkibi əsasında əmələ gəlir. Ancaq yeməyin tərkibindəki kimyəvi maddələr südə keçərkən dəyişmir. Məhz bu səbəbdən analara konservləşdirilmiş qida məhsullarından uzaq durmaq məsləhət görülür.

• Elə ərzaq növləri var ki, onlar bəzi uşaqlara əziyyət verə bilər. Məsələn, kələm, paxlalı bitkilər, sitrus bitkiləri, moruq, üzüm, yemiş, xiyar, bibər, kofe, kakao, şokolad, qoz, yumurta, bəzən hətta toyuq, balıq əti yeyən ana körpəsində dəyişiklik olduğunu, məsələn, köp əmələ gəldiyini, ya uşağın narahat yatdığını, yaxud boyun-boğazının səpdiyini, qızardığını görə bilər. Uşaqda dəyişiklik olanda həkimə müraciət edin, müəyyən müddət, lazımdırsa 1 ay pəhriz saxlayın.

 

• Ailədə kiminsə nəyəsə allergiyası varsa, ehtiyatlı olun, uşaq yaxınlarına oxşaya bilər. Məsələn, moruğa allergiyası olan varsa, uşaq da moruq yemiş ananın südünə reaksiya verər.

Az yeyək, hər şey yeyək!

chiyelek yeyen qadinSiz hamiləlik dövründə olduğu kimi süd dövründə də hansısa yeməyə üstünlük verə bilərsiniz. Bu, təbiidir, ancaq balanızın müxtəlif vitaminlərlə təmin olunması üçün keyfiyyətli məhsullardan imtina etməyin. Ümumiyyətlə, süd verən ana ehtiyatlı olmalı, əvvəl—uşağın məhsullara reaksiyasını bilənə qədər hər şeydən az-az yeməlidir. Bir müddətdən sonra siz uşağınızın sevmədiyi qida məhsullarını müəyyən edəcəksiniz (belə məhsulların sayı adətən çox az—1-2 olur). Ancaq bu məhsulları menyudan çıxarmayın! Həkimlər uşağı bütün məhsullara elə süd dövründə alışdırmağı məsləhət görürlər.

Unutmayın ki, hər uşağın, eləcə də ananın orqanizmi müxtəlifdir. Ola bilər ki, başqa qadınların çəkinmədən istifadə etdiyi, məsələn, tərəvəzi hansısa ana həzm edə bilmir, nəticədə uşaq narahat olur. Yaxud bir uşağınızı narahat etmiş qida, ikinciyə təsir etməyə bilər.

Bəzən yediyiniz şeylər südün dadına, qoxusuna kəskin təsir edir. Məsələn, həddən artıq soğan, sarımsaq yeyən ananın uşağı çox vaxt süddən imtina edir. Ancaq elə uşaqlar var ki, belə südü daha həvəslə əmirlər.

Uşaqda dəyişikliyi həmişə südlə bağlamayın. Bəzən havada dəyişiklik, evdəki mühit uşağa təsir edir. “Günahkarın” ərzaq məhsulu olub-olmadığını bilmək üçün bir aydan sonra yenə həmin məhsuldan, ancaq az miqdarda istifadə edin. Uşaq narahat deyilsə, problem olmaz.

Share Button

Bir cavab yazın