loading...

T hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Tacəddin  - Dinin tacı, yəni dinin başçısı, rəhbəri

Tağı  – Mömin, dindar, itaət edən, itaətkar. Əslində “təqi”dir

Tahir  – Təmiz. Saf, pak

Taib  –  Tövbə edən, tutduğu işlərdən peşman olan

Tale –  Tülu edən, doğan, çıxan; bəxt, qəzavü qədər

Taleh - “Tale”nin dəyişilmiş biçimi

Tamerlan - Ulu Xaqan Əmir Teymurun “Teymurləng” kimi tanınan adının Avropa dillərindəki biçimi. Axsaq Teymur, Çolaq Teymur, Topal Teymur. Bax: Dəmir. Teymur

Tanrıverdi - Allahın bəxş etdiyi, Tanrının verdiyi(adam)

Tapdıq -  Bu adı iki cür izah etmək olar: 1) Əldə etdik, nail olduq, tapdıq, arzuya çatdıq. Arzuladıqları oğlan uşağı dünyaya gəldikdə, adətən, bu ad qoyulur.; 2) sitayiş etdik, ibadət etdik ( bunun “tapdu” biçimi bu anlamda işləndiyini təsdiq etməkdədir)

Tarkan - Dağılma, dağınıq; pərişan; səpələnmə, saçma. Əslində “tarqan”dır. Vaxtilə titul olubdur. Həmçinin bax: Tarxan

Tayxan -  Qədim adlardandır. Xanın tay-tuşu, xana bənzəyən, xan kimi

Telnur - Saçları parlaq, işıqlı olan

Tengiz -  Əski adlardandır. Dəniz, dərya. “Oğuz Kağan dastanı”nda Oğuz Kağanın altıncı oğlunun adı. Bu ad hal-hazırda gürcülərdə çox yayılmışdır.Həmçinin bax: Dəniz

Teyfur  – Sıçrayan, tullanan, hoppanan

Teymur  – Qədim adlardandır. Qədim türk dilində bunun “temir” , “temür” və b. biçimləri də işlənibdir. Bax: Dəmir. Bir sıra mürəkkəb adlar da meydana gətirməkdədir: Teymurağa, Teymurbəy, Teymurxan, Teymurçin, Teymurşah və s.

Təbriz -  Türk musiqisində vaxtilə bir ahəngin, muğamın adı olubdur. Eyni zamanda Xəzər soyunun adıdıdr. “Soy, soyad, qohum, əqrəba” anlamlarını verən çuvaş dilindəki “Tavris, tauris” sözlərindən olduğunu da yazırlar. Farsca isə “qızdırmanı kəsən”, “xəstəlik qaçıran” deməkdir

Təhməsib  –  Qüvvətli at, güclü at. Əslində “təhm” (güc, qüvvət; nəhəng, iri) (at) sözlərindən yaranmış bir addır

Təhməz - “Təhmasib” adının dəyişikliyə uğramış biçimi. Bax: Təhmasib

Tərlan - Yırtıcı ov quşu, qızılquş

Təvəkkül  –  Ümid etmə, ümid bəsləmə, gözləmə, inam, umma; Allaha sığınma, Allaha pənah aparma

Təyyar  – Uçan, uçucu, havaya qalxan; qaz halına gələn, qaza çevrilən

Təzəxan -  Bu da eynilə” Təzəbəy” kimi yaradılmış addır

Timurçin -  Bu ad “timur” (dəmir) və “çin” (gerçək, həqiqət, düzlük; şərəfli) sözlərindən yaranmışdır. Dəmir kimi, gerçəkdən dəmirə bənzəyən, dəmir kimi möhkəm adam(igid, cəsur) . Qədim adlardandır

Tofiq  –  Uyğunlaşdırma, uyğun hala salma; yardım, kömək; uğur; istəyə yetmə, arzuya çatma. Vaxtilə ərəblərdə olduğu kimi Tovfiq şəklində də işlənibdir

Toğrul - Qədim adlardandır. İri və kəskin caynaqları olan, tutduğunu buraxmayan yırtıcı ov quşu. Bunu “doğruçu, düz danışan, həqiqət tərəfdarı”, düzəlmək; özünü düzəltmək, yaxşılaşmaq, qıvraqlaşmaq və iri qanadlı miflik quş hesab edənlər də vardır

Turab  –  Torpaq; toz

Tural -  Heç dəyişməyən, eyni vəziyyətdə, dəyişməz halda qalan; yaşayan; sakit. Həmçinin bax: Dural

Turan - Qədim iranlıların İranın tərsinə olaraq türklərin yaşadıqları yerə verdikləri addır. Türklər yaşayan yer, türklərin məskən saldıqları torpaqlar

Turbay - Əski adlardandır. Fəaliyyətdə olan bay, daimi olan, yaşayan bay, həyatda möhkəm yaşayan bəy.

Turxan  -  “Tarxan”ın azca dəyişilmiş biçimi. Bax: Tarxan

Turqan -  Həyatda yaşayan, sağ-salamat qalan; diri; diribaş; canlı

Turqut -  1) Yaşayış yeri, məskən; şəhər, ölkə, vilayət; 2) durquzmaq, qaldırmaq

Tuyqan - Şahin, laçın

Tümxan - Bütöv xan, sırf xan kimi hərəkət eləyən, xan kimi olan

Türkay - Gözəl ay; saf, təmiz; ləkəsiz ay; balaca ay, kiçik ay. Həmçinin bax: Türk və Ay

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın