loading...

Tapmacalar – yeni

Share Button

Əlavə maraqlı tapmacalar BURADA.

Ağ qız çiməndə uzanır.

Açması: düyü

duyu

Göydən bir dəri düşdü,

Toyuq ona yürüşdü.

Açması: tut

tut

Yer altında qıllı baş.

Açması: soğan

sogan

Dilbər zindanda, saçı eyvanda.

Açması: çuğundur

chugundur

Axşam doğular,

Səhər yer ovar,

Axşam yığılar ,

Səhər dağılar.

Açması: cücə

chickens-figure-color-800px

Başı darağı,

Quyruğu orağı .

Açması: xoruz 

xoruz

Beldə qurşaq göy olar,

Diksən daşdan ay olar.

O hansı ağacdır ki,

Hər fəsildə göy olar.

Açması: şam ağacı

1290537528-800px

Gedər, gedər ayağı yox,

Adam öldürər, əli yox.

Köynəyi var, tikişi yox,

Yumurta salır, tükü yox.

Açması: ilan

1360263550-800px

O nədir ki, qızıl öküz yatar durmaz?

Qara öküz gedər gəlməz?

Açması: köz, tüstü

koz (1)

Gah əyilər, gah qalxar,

Həmişə bizi qabaqlar

Açması: kölgə

Nə yerdədi, nə göydə,

Nə göydədi, nə yerdə.

Açması: pəncərə

pencere

Hacılar hacıdı,

Başmağı narıncıdı.

Yarpaq açmır,

qol atmır,

Tap görüm nə ağacıdı?

Açması:  Maral buynuzu

maral

Kəklik daşda gəzər,

Qələm qaşda gəzər.

Görəsən o nədir ki,

Həmişə başda gəzər?

Açması: ağıl və fikir

dushunen oglan

Üç yüz altmış beş yaşı var,

Ancaq ikicə qardaşı var.

Bir adam görmüşəm mən,

Əlli iki dörd qolu,

On iki başı var.

Açması: il, ay, fəsil, həftə, günəş, ay

teqvim

Əzizim qara nədir?

Qaş üstə qara nədir?

Gönü göy, ət qırmızı,

Sümüyü qara nədir?

Açması:  Qarpız

qarpiz

Mən aşiqəm azalmaz,

Xotkar payın az almaz.

Aşıq bir şam görübdü,

Yanar yağı azalmaz.

Açması: Günəş

gunesh eynekle

Qat qalası,

Can piyalası.

Uçdu anası,

Qaldı balası.

Açması: saman–buğda

sunbul

Gündüzlər dolanar,

Gecələr ağzı açıq yatar.

Açması: ayaqqabı

chekme

Ət dirəyin başında

Dəmir deşikli papaq.

Açması: üskük

Digər maraqlı tapmacalar üçün BURA BAXIN.

Share Button

Bir cavab yazın