loading...

Tapmacalar

Share Button

Əlavə maraqlı tapmacalar BURADA.

Yarpağı var, ağac deyil.

Tikilir, paltar deyil.

Danışır, adam deyil.

Açması: kitab

kitab

Bazarda satılmaz,

Tərəzidə çəkilməz.

Baldan şirindir,

Amma yeyilməz.

Açması: yuxu

yatan-shahzade

İki kürküm var,

On qardaşa çatar.

Bunu kim tapar?

Açması: əlcəkelcekler

Bədəni var, başı yox.

Qolları var, ayağı yox.

Qarnını yırt, qanı yox.

Açması: köynək

ushaq-koyneyi

Yumru təkər

Əllərdə gəzər.

Açması: dəf

def

Toyda-düyündə gəzər,

Səsi aləmi bəzər.

Qabırğası qatbaqat,

Gah yavaş, gah da bərk dart.

Açması: qarmon

qarmon

Qanadı var uçmağa,

İynəsi var sancmağa,

Sevir işi, zəhməti,

Odur ki, var hörməti.

Açması: arı

ari-maya

Bir ağacım var,

Bir gövdəsi,

Beş budağı,

Hər budaqdan bir sədəf

Açması: qol

qol-shekli

Aşmaz-uçmaz

Yerə düşsə,
Beli sınmaz.
Açması: Yarpaq

yarpaqlar1

Əyri-üyrü boy atar,

Ayağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacısoyud agaci

İnəyim var eşikdədi,

Ayı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
Açması: Bağalma agaci

Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Açması: Ağaclaragaclar

Ovun alsan mırıldar,
Sığallasan xoruldar.

Açması: Pişikpishik

Ağzı qara boz bəylər,
Vursan ağzın əyilər
Açması: CanavarCanavar

Ağızı var, dili olmaz,
Yüz ağac vur çığırmaz.
Açması: Balıqbaliq

Adam deyil, əl-ayağı, dişi var,
Əcəb şeydi, qərəvəllə işi var.
Açması: Meymun

meymun

Bağda sürünər gəzər,
Az-az görünər gəzər,

Oxşuyar bir yumağa
Qorxuram əl vurmağa.
Açması: Kirpi

Kirpi1

Bir atım var minə bilmirəm.
Ağzını açsa dinə bilmirəm.
Açması: Şirshir

Bir axmaq öküzüm var,
İyləndirib ət yeyər.
Açması: Ayıayi

Qaya altdan qaz gedər,
Burnun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.

Açması: Fil

Fil1

Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Yarpaqsız ağac gördüm.
Torpaqsız beçə verdi
Açması: Maral buynuzu

maral-buyunuzu

Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan bərk yapışar.
Açması: Kərtənkələkertenkele

Dik çıxanda ildırım,
Dik enəndə digirqoz.

Açması: Dovşandovshan

Dilim-dilim nar,
Diziməcən qar,
Yeddi dananın gönü,
Bircə ayağıma dar.
Açması: Siçansichan

Yer altında yağlı küt.

Açması: Porsuq

Porsuq

O nədir ki, evə girməz,
Sədaqəti eldə gəzər.
Açması: İtit

Ayağı yoxdur, qaçır,

Qanadı yoxdur, uçur.
Açması: Bulud

Bulud

Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.
Açması: Günəşgunesh

Bir ağacım var, on iki budağı.
Hər budağın otuz yarpağı.
Hər yarpağın bir üzü qara, bir üzü ağ.
Açması: il, ay, gün

Kalendar

Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.
Açması: OdOd

Biri gedər, gəlməz,
Biri yatar, durmaz.
Açması: Tüstü, kül

siqaret

Qəndə oxşar dadı yox,
Göydə gəzər qanadı yox.
Açması: Qarqar

Göydə doğular,
Yerdə boğular.
Açması: Yağışyagish

Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
Açması: Kələmkelem

Yer altında sarı biz.
Açması: kökkok

Ləyəndə, ay ləyəndə, Gül boynunu əyəndə,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: xiyarxiyar

Bir dağarcıq unum var,
İçində bir oxlov.
Açması: İydəiyde

Bir təndirim var iki çörək tutur.
Açması: qozqoz

Bu yanı taxta, o yanı taxta,

Yumru bəy otaqda.
Açması: Fındıqfindiq

Çölü sarı, içi darı.
Açması: Əncirencir

Bir damım var,
tək dirəkli.
Açması: Göbələkgobelek

Ağzın açar, zəhər saçar,
Onu görən geri qaçar.
Açması: İlanilan

Altı taxta, üstü taxta,
Bəy oturub otaqda.
Qoyun deyil, otlayır,
Toyuq deyil, yumurtlayır.

Açması: Tısbağa

tisbaga

Yatanda yumru yatar.
Ətin dərmana qatar.
Hər kim tutmaq istəsə,
Tikanı əlinə batar.
Açması: kirpiKirpi

Gündüz yatar yuvada,
Gecə gəzər obada.
Açması: YarasaYarasa

Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.
Açması: Ağacdələn

agacdelen

Qanadı var quş deyil,
Dişləyir, ilan deyil.
Açması: Ağcaqanad

agcaqanad

Yazda yığır yeməyini,
Çox sevir öz əməyini.
Yeyib-yatır baharadək.
Nədir adı tapın görək.
Açması: Qarışqa

qarishqa

Balaca quyu,

İçində suyu,

Ağcadan ağdı,
Sarıdan sarı.
Açması: YumurtaYumurta

Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı.
Açması: Maral buynuzuMaral-buynuzu

Nənəyə dəyməz, babaya dəyər,
Xalaya dəyməz, bibiyə dəyər,
Allaha dəyməz billaha dəyər

Açması: Dodaqlar

Dodaqlar

Daha çox  maraqlı tapmacalar BURADA.

Share Button

1 şərh Tapmacalar üçün

  1. Reqemler haqqinda tapmacalar gönderin,çox xaiş edirem

Bir cavab yazın