loading...

Toksikozla mübarizənin 8 yolu

Share Button

bas gicellenmesi

Toksikoz nədir?

Siz daim uzanmaq, başıaşağı qalmaq istəyirsiniz? Ürəkbulanması, başgicəllənməsi, qusmaq, ağızda seliyin artması, dada, qoxulara həssaslıq—bunlar hamısı toksikozdur və hamilələrin çoxu ilk həftələrdə toksikozdan əziyyət çəkir.

Hər şeydən əvvəl bilməliyik ki, toksikoz xəstəlik deyil, hamiləliyin əlamətidir. Hamilə olan kimi sizin bədəniniz dölə öyrəşməyə başlayır; uşaqlıq genişlənir, hormonlar artır, maddələr mübadiləsi pozulur, qan damarları genəlir. Bədən bu dəyişikliklərə reaksiya verdiyi üçün narahat olursunuz.

Toksikoza qarşı nə etməli?

hamile yataqda1. Səhər çağı ürəyiniz bulanırsa, yavaş-yavaş qalxın və bir az tez-tez nəfəs alın.

2. Bəzən yataqdan durmadan nahar etməyin köməyi olur. Qoy yaxınlarınızdan biri sizə bir stəkan süd, ya qatıq, bir də peçenye gətirsin. Bunu yeyib, sonra qalxın, yuyunub, normal süfrə arxasına keçə bilərsiniz.

3. Yemək yeyə bilmirsinizsə, az-az, amma tez-tez yeyin və için. Qusanda xeyli maye itirdiyiniz üçün su vacibdir.

4. Yemək nə çox isti, nə də soyuq olmalıdır. Yeməyin temperaturu ürəyi bulandırır.

5. Acı yeməklər yeməyin. Protein, sellüloz, karbohidratlarla zəngin ərzaq məhsullarından istifadə edin. Arabir quru meyvə, limon yeməyin xeyri olur.

6. Zəncəfil də qusmanın qarşısını alır. Zəncəfili içdiyiniz suya və ya çaya ata bilərsiniz. Ağızda selik artanda çobanyastığı, adaçayı, ya da nanə dəmləməsiylə qarqara etmək olar.

7. Çox hərəkət edin, gəzin, yoqayla məşğul olun. Bunun qan dövranına xeyri var.

8. Günəşdən, isti yerdən, avtomobillə, gəmiylə səyahətdən çəkinin, bunlar qusmanı artırır.

Bəzi hamilələr toksikozdan bütün hamiləlik dövrü əziyyət çəkir, bəziləri isə bunun nə olduğunu heç bilmirlər. Toksikoz müxtəlif dərəcəli olur.

hamilelik-zamani-bash-agrisi

1. Yüngül toksikoz—hamilə qadın gündə 5 dəfədən çox qusmur. Ac olanda, yemək yeyəndən sonra, ya da hansısa qoxunun təsirindən ürəyi bulanır, iştəhası azalır.

2. Orta dərəcəli toksikoz—qadın gündə 10 dəfə, bəzən yemək yeməsə də, qusa bilər. Təzyiq düşür, halsızlıq, başgicəllənməsi müşahidə olunur, ananın çəkisi azalır (ayda 2-3 kq). Narahatlığa ehtiyac yoxdur. Toksikoz dövrü keçən kimi iştəhanız da, çəkiniz də artacaq. Həkimlə məsləhətləşin, bu dövrdə dölün inkişafı üçün bəzi vitaminləri qəbul etsəniz, yaxşıdır.

3. Ağır toksikoz—qadın gecə-gündüz, bəzən sutkada 20 dəfə qusur. Təzyiq aşağı olur, ananın nəbzi dəqiqədə 120-yə çatır. Bəzən temperatur da qalxır, 37 dərəcəni keçir. Ananın bədəni susuzlaşır, çəkisi çox azalır (ayda 10 kq-a qədər). Bu halda hamilə qadın xəstəxanaya yerləşdirilməli, müalicə olunmalıdır. Müalicə olmasa, qusma arta bilər, bu isə həm ana, həm də dölün inkişafı üçün təhlükəlidir.

Share Button

Bir cavab yazın