loading...

Tülkü və kəklik

Share Button

keklikBir kəklik dağ başında oxuyurdu. Tülkü onun səsini eşidib yanına gəldi və dedi:
– Ay kəklik, sən ki belə gözəl quşsan və belə gözəl səsin var, qorxmursan ki, bütün günü dincəlmədən oxusan səsin tutular? Sən niyə heç yuxulayıb yatmırsan?

Kəklik dedi:
– Niyə yatmıram, əlbəttə ki, yatıram.

Tülkü dedi:
– İndi ki, belədir, bir mənə göstər görüm necə yatırsan?

Kəklik yatmağını tülküyə göstərmək üçün gözlərini yumdu. Tülkü cəld atılıb onu tutdu. Kəklik gördü ki, tülkü onu aldadırmış. Axmaqlıq edib onun hiyləsinə inandı. Başını tülkünün ağzından çıxarıb dedi:

– Ay tülkü baba, sən ki, belə bacarıqlı və belə asanlıqla ovunu tutursan, bəs şikarını yeyəndə heç Allaha şükür edirsən?

Tülkü cavab verdi:tulku
– Niyə etmirəm, əlbəttə ki, edirəm.

Kəklik dedi:
– İndi tutaq ki, sən məni yemisən, bir Allaha şükür et, görüm necə edirsən?

Tülkü ağzını açdı ki, şükür etsin, kəklik bir anda uçub qondu bir qayanın üstünə.

Tülkü vəziyəti belə görüb dedi:
– Kəklik qardaş, sən ki, mənim ağzımdan qurtuldun, get, amma lənət olsun o adama ki, ovunu yeməmiş Allaha şükür edir.

Kəklik cavabında dedi:
– Yaxşı deyirsən, tülkü baba, o adama da lənət olsun ki, yuxusu gəlməmiş gözlərini yumub yatmaq istəyir.

Share Button

Bir cavab yazın