loading...

Ü hərfi ilə başlayan oğlan adların mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Ülfət  –  Yaxınlıq, dostluq, yoldaşlıq, anlaşma, ünsiyyət; yekdillik

Ülgən –  Böyük ulu; güclü, qüvvətli; yüksək; möhkəm, sağlam, mətin; sülh tanrısı

Ülgənalp – Ulu bahadır, güclü qəhrəman, mətin pəhləvan

Ülgünər – Böyük kişi, möhkəm igid

Ülkan – Çox böyük, əzəmətli

Ülvi  – Yüksək, uca , ali; mənəviyyatlı, göylə bağlı olan; İlahi

Ümid – Umma, gözləmə,ümid etmə, göz dikmə

Ümidvar – Müəyyən səbəblərdən bir sıra uşaqlar anadan olandan sonra ölürlər. Anadan doğulan uşaqların ölməməsi ümidilə qoyulan adlardandır

Ümman  - Böyük dəniz, okean; məs. geniş, zəngin

Ünal - Ad-sanı olan, şanlı, şərəfli

Ünay -  Səsli-sədalı,şərəfli, ad-sanlı

Ünər -  Şan-şöhrətli igid, şərəf sahibi, hörmətə layiq

Ünkan -  Böyük ad-san yiyəsi, böyük şərəf yiyəsi

Ünkaya - Səsli-sədalı qaya; sarsılmaz, qüdrətli

Ünsal -  Səs-sorağı hər yanı tutan

Ünsan - Şöhrəti ilə hər yana səs salan; şanlı

Ünsay - Səsi, sorağı ilə sayılan, seçilən ad-sanı ilə hörmət qazanan

Ünsoy -  Nəslin səsi, sədası, nəslin şərəfi, şanı

Üntürk - Tanınmış türk, səs-sədası gələn türk

Ürəm - 1) Artım, çoxalma, artırma, çoxaldılma; 2) faiz, yüzdə

Ürən - Nəsil, əcdad, cins, artım; çoxalma, əmələ gəlmə

Ürfan - Bax: Urfan

Ürkməz -  Qorxmaz, qorxmayan, çəkinməyən; cəsur, qoçaq

Üstün -  1) daha yaxşı, daha yüksək səviyyədə olan, əlverişli; çoxlarını geridə qoyan; 2) qalib gələn, qələbə çalan, qalib; 3) irəlidə olan

Üstünay -  Çox yaxşı, gözəl ay, yüksəkdə duran, yüksəklərdə olan ay; üstün olmağa çalışma

Üstündağ - Böyük dağ, hündür dağ

Üzeyir - Ərəbcə ”üzr” sözünün kiçildilmiş biçimidir. Üzr istəmək, üzürlü hesab etmək, bağışlamaq

Üzgün -  Təəssüflənmə; əziyyət çəkmə; qəmgin, kədərli, qüssəli; zəif, gücsüz, əzgin; taqətsiz, yorğun, əldən düşmüş

Üzük - 1) üzük, barmaqlıq; 2) qırılmış, kəsilmiş, qopmuş; 3) bitməmiş, qurtarmamış; 4) heca, hərf; 5) Bax: Üzgün

Üzüm -  Ağ, qara və ala rəngli dənələri olan salxımlı meyvə; kişmiş

Share Button

Bir cavab yazın