loading...

U hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Uğur  - Müvəffəqiyyət; yaxşılıq; bəxt, tale; səadət, xəşbəxtlik; bərəkət, xeyir. Bir sıra sözlərlə birləşərək mürəkkəb adlar əmələ gətirir. Uğuralp,Uğurata, Uğurşah, Uğurbay, Uğurbəy, Uğurdəmir, Uğurəl, Uğurər, Uğursan, Uğursay, Uğursoy, Uğurtay, Uğursal, Uğural və s.

Uğurlu -  Uğuru olan, uğur gətirən; xoşbəxt, taleli; xeyirli; bərəkətli, bəxtəvər

Uğurlubay - Xoşbəxt bay, Səadətli bay, bəxtəvər

Uğurbəy - Xoşbəxt, müvəffəqiyyətləri çox olan bəy, bəxtəvər bəy

Uğursal - Uğura aid olan, uğurlu

Ulu - Əslində “uluğ”dur. 1) Böyük, iri, baş; 2) ali, yüksək; 3) güclü, qüdrətli; 4) tanınmış, məşhur, hörmətli; 5) çox böyük, ən yekə, nəhəng, əzəmət

Ulualp -  Böyük qəhrəman, güclü pəhləvan, məşhur igid, mahir atıcı, sərrast nişançı

Ulubaş - Böyük başı olan; məşhur, tanınmış şəxs; yüksək mövqeyi olan

Ulubay -  Böyük bay, məşhur bay, güclü və qüdrətli bay. Bax: Bay

Ulubəy -  Tanınmış , məşhur bəy, böyük bəy, güclü, qüdrətli bəy. Bax: Bəy

Uluxan - Böyük xan, şan-şöhrətli xan, güclü, qüdrətli xan. Bax: Xan

Ulusal - Millətlə əlaqəli, millətə aid olan, milli

Ulusan -  Məşhurluq, böyük ad-san

Ulusay - Böyük sayılma, böyük hörmət və ehtiram

Ulusoy - Tanınmış əcdad, məşhur nəsil, soy; böyük nəcabət sahibi olma

Ulutürk -  Böyük türk, qüvvətli, məşhur türk

Ultəkin - Görkəmli şahzadə, tanınmış xanzadə; alilər kimi, böyüklərə bənzəyən; güclü, qüdrətli

Umdu -  İstək, dilək,arzu

Umural -  Təcrübəli, görüb-götürmüş; maraqlanan

Umuralp - Görüb-götürmüş qəhrəman

Umurbay - Təcrübəli bay, maraqlanan, diqqətli

Umurbəy - Görüb-götürmüş bəy

Umurxan -  Görüb-götürmüş, təcrübəli xan

Unur -  Əzəmətli; heybətli; güclü, qüdrətli

Uraqan - Döyüşən, vuran, döyən, döyüşkən

Ural -  Təpəli, təpə kimi hündür yer; xəndəyi olan yer; qalası və ya istehkamı olan. Ural çayı və Ural dağlarının adı da burdandır. Bunu “xoşbəxtlik” və “ razılıq” kimi açıqlayanlar da vardır

Uran -  1) Ciddi çağırış, nida, hay; 2) parol;3) ölçü, boy; 4) sənət; 5) sənaye; 6) təmkin

Usub - Bax: Yusub

Usubəli - Bax: Yusuf və Əli

Uysal - Sözə qulaq asan, sözəbaxan, itaətkar, boyun əyən, dinləyən, müti, sakit, üzüyola

Uzay -  Fəza, kosmos

Uzbay - Yaxşı bay, təcrübəli, bacarıqlı bay

Uzcan - Mülayim, gözəl, yaraşıqlı adam

Uzəl -  Bacarıqlı, qabiliyyətli; “qızıl əlləri” olan; zirək, çevik, cəld

Uzər - Qabiliyyətli igid, təcrübəli kişi, mülayim insan

Uyqun - Mütənasib, uyğun; müvafiq, münasib, layiq olma

Uzxan -  Bacarıqlı xan, təcrübəli xan, qüdrətli

Uzkan -  Ləyaqətli, uyğun xasiyyətli adam, böyük insan

Uztürk  -  Bacarıqlı türk, çox gözəl,qüdrətli, mülayim adam

Share Button

Bir cavab yazın