loading...

Uşağa ciyər yedirtməyin ən yaxşı yolu–ciyərli peraşki!

Share Button

Qanda hemoqlabinin miqdarını artırmaq, eritropoezi (eritrositlərin yaranması) tənzimləmək üçün uşaqlara çox vaxt qara ciyər vermək məsləhət görülür. Təəssüf ki, ciyəri uşağa yedirtmək adətən, çətin məsələdir. Amma peraşkini uşaqların çoxu sevir. Odur ki, gəlin ciyərli peraşki bişirək!

Peraşki xəmirinin hazırlanması

Xəmiri nə qədər tez hazırlasaq, bir o qədər yaxşıdır, şişmiş xəmirdən bişən peraşki yumşaq olur. Lazım olan ərzaq məhsulları:

xemir

 

Un                   1 kq

Yumurta          1 ədəd

Quru maya      0,5 çay qaşığı

Duz                 1 çay qaşığı

Qatıq                0,5 stəkan

 

Qatıq vacib deyil, amma olsa xəmiriniz əla—çox yumşaq alınar. Xəmirə aparana qədər su əlavə edin. Soyuq yox, ilıq su tökülməlidir ki, xəmir “gəlsin”. Mümkünsə bütün məhsulları ilıq vəziyyətdə istifadə edin (hətta yumurtanı da soyuducudan 1 saat əvvəl çıxarın). Xəmiri yoğurandan sonra büküb, isti yerdə bir neçə saat saxlayın. Açanda qazanın dibində qoyduğunuz xəmir qazanın ağzına qədər şişmiş olacaq.

Yarım kiloqram ciyəri (yalnız qara ciyər, yaxud qarışıq), 1 iri baş soğanı maşından keçirin, tavada, zəif odda qovurun. Yaxşı bişməsi üçün azca su əlavə etmək olar. Zövqünüzə görə duz, azacıq istiot əlavə edin. Bişəndən sonra soyumağını gözləyin.qovrulmush ciyer

Xəmiri kiçik kündələrə ayırıb, üstünü örtün ki, qurumasın. Kündələnmiş xəmir yarım saat qalarsa, daha yaxşı “gələr”.

Əlinizə yapışmasın deyə həm əlinizi, həm də kündələri yığdığınız yeri ya yağlayın, ya da unlayın.

Şişməyə başlayan kündələri əlinizlə açın və arasına bacardığınız qədər ciyər qovurması qoyun. Bağlayandan sonra bağladığınız hissəni alta qoyun ki, xəmir yaxşı yapışsın, bişəndə açılmasın.ciyerli perashki

ciyerli perashki 2
Günəbaxan yağını tavada qızdırın (yağ peraşki hündürlüyündə olmalıdır) və peraşkiləri bağlanan yeri aşağıda olmaqla tavaya düzün. Bağlanan hissə üst tərəfdə qalarsa, peraşki şişən kimi açılar.

ciyerli perashki tavada

Bişmiş peraşkiləri altına qab qoyulmuş aşsüzənə yığın ki, soyuyana qədər yağı süzülsün. Yağı heç sevməyən ailələrdə peraşkilərin altına və üstünə iri kağız salfetlər düzürlər. Salfetlər yağı özünə daha yaxşı çəkdiyi üçün peraşkini yeyəndə yağın iyi adamı bir o qədər narahat etmir.

Nuş olsun!

Uşaqlarınızın sevdiyi yeməklərin reseptlərini bizə göndərməyi unutmayın!

Share Button

Bir cavab yazın