loading...

Uşağa daimi nəzarət = Ömürlük zərbə

Share Button

Uşağı daim idarə edən, nəzarətdə həddən artıq saxlayan valideyn ona ömürlük psixoloji zərbə vurmuş olur.

Bu nəticə 10 illərlə aparılan araşdırmanın kuliminiasiyasıdır. University College London (UCL) mütəxəssisləri araşdırmaya 1940-cı illərdə doğulmuşlar da daxil olmaqlar 5 mindən çox adamı cəlb ediblər. Aktiv iştirakçılar (2 min 8 yüz nəfər) arasında həm yetkinlik yaşlarında, həm də 30, 40, hətta 60 yaşlarında sorğu aparılıb.derdli ushaq

Öz uşaqlığından danışanda valideynlərinin onun hər işinə müdaxilə etdiyini, zorla öz baxışlarını, fikirlərini qəbul etdirdiyini, onda asılılıq yaratdığını deyənlər xoşbəxtliklə bağlı yoxlamalarda aşağı nəticə əldə ediblər.

Mütəxəssislər bildirir ki, “valideynin hədsiz nəzarətinə məruz qalaraq böyümüş insanın vəziyyəti ağır itkiylə üzləşmiş adamın vəziyyətiylə bir tərəziyə qoyula bilər”.

Bu araşdırmanın nəticələri əvvəlkilərlə səslənir; valideynlərinin qayğıkeş olduğunu, onların istəklərinə və ehtiyaclarına daha həssas yanaşdığını bildirənlər yetkinlik dövrünə daha rahat keçir. Anlayışla qarşılanan uşaqların sonrakı həyatı da rahat olur; daha möhkəm və etibarlı əlaqələr yarada bilirlər.

Daimi təzyiq altında olan, idarə edilən uşaqlar səhv etmək, beləliklə səhvlərindən nəticə çıxarmaq, şəxsiyyət kimi formalaşmaq imkanından məhrum edilirlər. Xoşbəxtliklə bağlı sorğularda pis nəticə əldə edənlər uşaqlıqlarından danışanda narahat olur, valideynlərindən biri, yaxud hər ikisinin (bu isə valideynlərdən hər ikisinin rolunun vacib olduğunu sübut edir) onların şəxsi maraqlarının qarşısını aldığını, özlərinin qərar qəbul etməsinə mane olduğunu danışır, ana/atalarını “sıxan, susduran” adam kimi yadda salırlar.incimihs uhsaq

Araşdırma zamanı qayğıkeş valideyn “mənim problemlərimi və narahatlıqlarımı anlayışla qarşılayan”,  “mənə mehriban olan”, psixoloji nəzarətdə saxlayan valideyn “elədiyim hər şeyi idarə etməyə, özümü ondan asılı hiss etməyimə çalışan” ifadələri ilə müəyyən olunub.

Bütün araşdırmalar uşaqlıqda yaşananlarının insan beyninin inkişafına hərtərəfli təsir göstərdiyini təsdiqləyir. Ancaq ilk dəfədir ki, alimlər bu qədər uzun müşahidələr aparıb və uşaqlığın insana bu qədər uzunmüddətli təsirini müəyyən ediblər. Uşaqlıqda yaşananlar insanın hətta 60 yaşlarında özünü xoşbəxt, ya da bədbəxt hiss etməsinə, həyatdan zövq ala bilməsinə təsir edirmiş…

“Bizim məqsədimiz valideynləri günahlandırmaq deyil”. Bunu UCL-də Tibbi Araşdırma Şurasının (MRC-Medical Research Council) Ömürlük Sağlamlıq və Yaşlanma Birliyindən Dr Mai Stafford deyib. “Biz dünyanı valideynin bizə verdiyi baza əsasında öyrənirik, valideynin yaxınlığı və həssaslığı, qayğısı sosial və emosional inkişafa yardım edir…Psixoloji nəzarət isə, əksinə, uşağın müstəqilliyinin qarşısını alır və onun özünüidarə bacarığını azaldır…Valideyn insanın gələcəyi, xoşbəxtliyi üçün vacibdir. Valideynlərin hiss etdiyi təzyiqləri, məsələn, maddi sıxıntını azaltmaq istiqamətində siyasət aparılarsa, onların uşaqlarıyla daha yaxşı münasibət yaratmasına şərait yaranar. ” (Əvvəlki araşdırmalar ailənin maddi vəziyyəti ilə uşağın inkişafı arasında əlaqə olduğunu göstərib. )

Valideynin güclü nəzarətinin nəticələri ilə bağlı yeni fikirlər “Positiv  Psixologiya” jurnalında (“Journal of Positive Psychology”) nəşr olunub.

Share Button

Bir cavab yazın