loading...

Uşağı süddən kəsməyin ən yaxşı yolu

Share Button

Əmizdirmə ana ilə uşaq arasında fiziki bağlılığın son həddidir. Ona görə də süddən kəsilmə həm uşaq, həm də ana üçün çox ağır prosesdir. Və bu prosesin tezləşməsi naminə dözümlü, səbirli, eyni zamanda qayğıkeş olmağınız birinci şərtdir.

Hər şeydən əvvəl

gulmeli sud yeyen ushaqUşağı süddən kəsmək istəyirsinizsə, bu işə ən azı 7-8 həftə (iki ay) qabaq başlamalısınız. Süddən qəfil kəsmək olmaz! Bu, həmuşağı  stressə salar, həm də onun həzm sisteminin funksiyasını pozar.

Siz isə döşünüz boşalmadığı üçün xəstələnə bilərsiniz.

Başlayaq!

Uşaq əlavə qida alırsa, fincandan, qaşıqdan istifadə edirsə, süddən kəsmək daha asan olacaq. Çox balacadırsa, gərək əvvəl uşağa ana südü yerinə ona yaxın tərkibli qida təklif edəsiniz ki, butılkaya öyrəşsin. Ana südü ilə qidalanmağa alışmış uşaqlar əlavə qidadan, butılkadan çox vaxt imtina edirlər. Bu halda balanızı bəzən ac qoymalı olacaqsınız. Bir dəfə əmizdirməyin, bir qədər keçəndən sonra süni süd təklif edin.

Uşaqlar ağlayır, anaya baxıb əl uzadır və buna dözmək hər qadının işi deyil. Ancaq dözümlü olmalısınız. Siz hər dəfə uşağın (eləcə də özünüzün) göz yaşlarına tab gətirməyib, əmizdirməyə başlasanız bu ağrılı proses bir qədər də uzanacaq. Stressi azaltmaq üçün uşağa hərtərəfli qayğı göstərin, onunla daha çox oynayın, başını başqa qida ilə, oyuncaq və s.-lə qatın.

aglayan ushaqSüddən kəsməyə başlayanda əvvəl yalnız bir əmizdirməni (uşağın daha az əmdiyi saatda, məsələn, günorta) dayandırmaq lazımdır. Bu rejim bir neçə gün davam etməlidir ki, uşaq öyrəşsin. Uşağın alışdığını hiss edəndən sonra daha bir dəfəni tərgidin.

Hər dəfə ləğv etdiyiniz əmizdirmə vaxtında uşağa başqa qida təklif edin.

Gecə döş əmmək uşaqların xoşuna gəldiyi üçün tərgitmək daha çətin olur, gecə yeməyini dayandırmağı axıra saxlasanız yaxşıdır.

Siz işləmirsinizsə, həmişə evdə olursunuzsa, uşağı süddən başqa üsulla kəsə bilərsiniz. Körpəni hər dəfə əvvəlkindən az əmizdirib, sonra başqa qida verə bilərsiniz. Ana südünü hər dəfə bir qədər də azaldıb, əlavə qidanı artırmaqla balanızı butılkadan yeməyə alışdırmış olarsız.

QEYD: Uşağın həyatında dəyişiklik olsa, məsələn, dişi çıxsa, dayəsi dəyişsə, yataq yeri dəyişsə, yeni evə köçsəniz onu süddən kəsməyin! Körpəni əlavə stressə salmış olarsız.

Özünüzün də qeydinizə qalın.

ana bala sudHər dəfə əmizdirməyəndə döşdə süd yığılır və bu süd qalsa, sizə problem yarada bilər, temperaturunuz qalxar, hətta süd vəzilərində iltihab olar.

Uşağı əmizdirməyəndə döşünüzü sağın, amma az sağın ki, süd ifrazı azalsın.

Uşağı süddən tədricən kəsmək sizə də xeyirdir. Çünki bu proses anada hormonal dəyişikliklərə səbəb olur. Əhvalınız dəyişə, əsəbi ola, depressiyaya düşə bilərsiniz. Adam balasından uzaqlaşdığını hiss edir. Amma narahat olmayın, sizin aranızdakı məhəbbət artacaq ki, azalmayacaq. Uşağınıza daha çox vaxt ayıra bilərsiniz və bu, sizin aranızdakı bağları daha da möhkəmləndirər.

Share Button

Bir cavab yazın