loading...

Uşaq doğulana qədər alınmalı şeylərin siyahısı

Share Button

Bəzi şeyləri uşaq doğulana qədər almaq nəinki lazımdır, vacibdir.

Amma səbirli olmaqda fayda var. Adam mağazaya girəndə bapbalaca və sevimli görünən bütün paltarları,  ayaqqabıları və s. almaq istəyir. Uşaqlar isə ilk aylar sürətlə böyüyür və alınan paltarların bəzilərini bircə dəfə geyinir, ya da heç geyinmirlər.

Gəlin siyahı tutaq.

Pal-paltar

bodiler

  •  3-5 ədəd “body” (soyuqdursa, uzunqollu və ayaqlı)
  • Üç ədəd köynək və şalvar
  • Üç ədəd kiçik papaq və ya ləçək
  • Uşaq əlcəkləri (bunlar adətən uşaq paltarı dəstlərində olur)
  • 2-3 cüt corab, soyuqdursa, papış
  • 10 ədəd yumşaq əski
  •  Nazik örtük
  • Bələk

 

İndi elə bələklər var ki, həm düymələyib zərf şəklində, həm də açıb örtük kimi istifadə etmək olar.

Lazımlı əşyalar

  • vanna1Uşaq vannası (uşağı başqa məqsədlər üçün istifadə olunan vannada çimdirmək olmaz)
  • Uşaq sabunu
  • Dəsmal (uşağı başqalarının istifadə etdiyi dəsmalla qurulamaq olmaz)
  • Uşaq paltarlarını yumaq üçün kiçik vanna
  • Uşaq paltarlarını yumaq üçün sabun və ya yuyucu toz
  • Uşaq bədən yağı
  • Uşaq kremi
  • Termometr (suyun və otağın temperaturunu ölçmək üçün)
  • Daraq
  • Dirnaq dəsti
  • Bir neçə ədəd bez (bütöv dəsti almayın, çünki bəzən yeni doğulan uşaqlar üçün nəzərdə tutulmuş bezlər dar olur. Bəlkə sizə daha böyük ölçülü bez lazım olacaq)
  • Yaş salfet
  • Spirt
  • Pambıq
  • Pambıq çöplər
  • Süni qida və ya su üçün butılka (ana südü versəniz, bu butulkalar sizə gələcəkdə lazım olacaq)
  • Uşaq arabası
  • Uşaq çarpayısı
  • Yataq dəsti

Özünüz üçün

  • sud veren anaya paltarYaxası düyməli köynək, ya xalat-2 ədəd
  • Yaxası düymələnən gecə paltarları
  • Üstü açılıb-bağlanan alt paltarı (süd verən analar üçün belə alt paltarından istifadə etmək daha rahatdır)
  • İri bezlər (bəzi xəsətxanalarda belə bez verilir)
  • Birdəfəlik bezlər
  • Döş üçün birdəfəlik bezlər
  • Döş giləniz çox xırdadırsa xüsusi böyüdücü rezin
  • Krem (döşdə əmələ gələn çatların qarşısını almaq üçün)

 

Bunlar vacib olan şeylərin siyahısıdır. Arzu və imkanınız varsa, daha çox şey, məsələn, uşağı çarpayının bərk kənarlarından qorumaq üçün xüsusi yumşaq zolaq, uşaq lampası, çarpayının üstündən asmaq üçün pərdə, səsli, yumşaq oyuncaq, vannaya qoymaq üçün oyuncaqlar, uşağı geyindirib-soyundurmaq üçün xüsusi lövhə, butılkalar üçün sterilizator, südü sağmaq üçün aparat və s ala bilərsiniz.

 

Share Button

1 şərh Uşaq doğulana qədər alınmalı şeylərin siyahısı üçün

  1. Salam xanimlar men 5ayliq hamileyem amma urey bulanmam yoxdu istahim acilib sirin seylere meylim lap coxdu bir agri basimda dislerimde birde sinemde var o nedendi xais edirem cavablandirardizda

Bir cavab yazın