loading...

Uşaq hansı yaşda, necə danışmalı

Share Button

Uşağın nitqi sizi narahat edir?

danishan ushaqlar

Təəssüf ki, bəzi valideynlər uşağın nitq problemindən çox gec, uşaq məktəbə gedəndə xəbər tuturlar. Mütəxəssis uşağın hər-hansı hərfi düzgün tələffüz etmədiyini, pəltək olduğunu deyəndə əl-ayağa düşür, uşağı tələm-tələsik məktəbə hazırlamağa başlayırlar. Bu isə uşaq üçün çətin olur, bir neçə aya dəyişmək, indiyə qədər ağız boşluğunun başqa yerində tələffüz etdiyi səsi və ya səsləri öz yerinə qoymaq onun üçün problemə çevrilir.

Valideyn diqqətli olmalı, övladının pəltəkliyi nə qədər şirin görünsə də, onun danışığını vaxtında düzəltməyə çalışmalıdır. Bunun üçün loqopedə vaxtında (ən geci uşağın 5 yaşı tamam olanda) müraciət etmək lazımdır. Yalnız mütəxəssis uşağın nitq problemini müəyyən edə (pəltəklik, kəkələmə, fonematik pozuntu–ana dilinin səslərinin düzgün mənimsənilməməsi problemi və s.) və aradan qaldıra bilər.

3 yaşlı uşağın hərfləri səhv tələffüz etməsi, cümləni səhv qurması tam normaldır. Əsas odur ki, uşaq sizi başa düşsün və özü də fikrini sizə çatdırsın. Yəni siz balanızı ağzında yemək olanda belə anlayırsınızsa, o da sizin adi tapşırıqlarınızı (“su iç”, “oyuncaqlarını götür, masaya qoy” və s.) yerinə yetirirsə, narahat olmağa dəyməz, hər şey qaydasındadır.

Ancaq 3 yaşlı uşaq susursa, ən adi şeyləri anlamırsa, mütəxəssisin köməyinə ehtiyac var.

child-speaking4 yaşlı uşaq elə danışmalıdır ki, onu yalnız valideynləri deyil, başqaları da anlasın. Bəzən valideyn uşağın nitqində qüsura–hansısa hərfi düzgün tələffüz etməməsinə adət edir, anlamayanlara uşağın dediyini “tərcümə edir”. Ancaq bu, normal deyil. 4 yaşlı uşağınızı anlamırlarsa, loqopedə müraciət etməyin vaxtıdır.

5 yaşlı uşaq hansısa hərfi, məsələn “R”, “L” hərfini tələffüz etməyə bilər, amma normalda uşaq 7 yaşına çatanda bu səsləri düzgün tələffüz etməli, səhvsiz danışmalıdır.

Share Button

1 şərh Uşaq hansı yaşda, necə danışmalı üçün

  1. Nergiz dedi:

    Menim oglumda 3,5, kekelemeye basladiv. Evvel cox qorxduq ve gencede , bakida getmediyim hekim loqoped nervipotoloq qalmadi. Hec komekde olmadi. Sonra gencede zemfira zeynalova loqoped defektoloq tapdiq inanin semimiyyetime usaq 7 seansa tam duzelmisdi . Duzdu cox cetimliyimiz oldu amma indi usaq 1 sinife gedir hec ele bil bu usaq kekelemeyib . Cox sagolsun.

Bir cavab yazın