loading...

Uşaq otağını hansı rəngə boyasaq…Psixoloqların tövsiyyələri

Share Button

Rənglər insan, əsas da uşaq psixologiyasına xüsusi təsir göstərir. Övladınızın otağı üçün rəng seçərkən nəzərə almaq lazımdır ki, yaratdığınız mühit hər şeydən əvvəl uşaq üçün rahat olmalı, hətta sakitləşdirməlidir.

 Hər bir rəngin  həm müsbət, həm də mənfi psixoloji təsiri var.

ag ushaq otagi

 soyuqluq, boşluq, neytrallıq, ya da gün, işıq, xeyirxahlıq təsiri bağışlaya bilər. Ağ rəng neqativ hissləri neytrallaşdırmaq gücünə malikdir.

Qara pessimizm, qapalılıq, özünə inam hissinin itməsi kimi hissləri, eyni zamanda münbitliyi, sirrliliyi, zərifliyi ifadə edir.

Boz neytrallıq, özünə inamsızlıq, yaxud tarazlılıq, işgüzarlıq, təvazökarlıq deməkdir.

 

Göy daimilik, mərdlik, möhkəmlik, doğruluq, sakit tərz aşılayır. Yorğunluq, yuxusuzluq zamanı göy rəng adamı rahatladır. Üstəlik göy rəng yaradıcı insana ilham verən rəng hesab olunur. 

Amma göy rəng həm də qəm-qüssə, kədər, melonxoliyaya səbəb ola bilər. Həddən artıq göy adamın ruhunu sıxar, çox göy otaq soyuq və qaranlıq olar.

benovsheyi otaqBənövşəyi komplekslilik (həddən artıq utancaqlıq, çəkingənlik), yaxud təmtəraq və əzəmətlilik, zəriflik, həssaslıq hissi aşılaya bilər. Uşaq otağı üçün bənövşəyi rəngdən istifadə etməyi məsləhət görmürlər, çünki bu rəng uşaqlarda depressiyaya, süstlüyə səbəb ola bilər.

Ancaq bənövşəyi rəng uşaqların həm də immun sistemini, görmə və dünyanı dərketmə qabiliyyətini gücləndirir. Övladınızın otağı üçün bənövşəyi rəngi seçmisinizsə, açıq tonlardan istifadə etməyə çalışın.

Yaşıl çalarından asılı olaraq müxtəlif təsirlərə malikdir. Solğun yaşıl rəng kədər, sıxıntı, xiffət, “isti” yaşıl ümid, yüksəliş, inkişaf, təbiət, həyat eşqi aşılaya bilər. Yaşıl rəng əsəb sisteminə, görməyə sakitləşdirici təsir edir, yorğunluğu aradan qaldırır. Eyni zamanda başqa açıq tonlu rənglərlə çox yaxşı uyğunlaşır.

Sarı böyüklük, əzəmət və hakimiyyət, Günəş deməkdir. Bu rəng əhval-ruhiyyəni qaldırır, beyni fəallaşdırır, insanda öyrənmək, bilmək həvəsini oyadır. Amma otaqda hər yeri sarı rəngə boyamaq olmaz! Həddən artıq sarı uşağın həddən artıq həyəcanlanmasına, hər şeyə həyəcanlı reksiya verməsinə səbəb ola bilər.

Narıncı hərəkətlilik, enerji, hakimiyyət, həyat, həyata sevgi, sevinc, yüksək əhval-ruhiyyə deməkdir. Bu rəng adamı beyindən çıxmayan, zəhlətökən fikirlərdən, qorxulardan qurtarır. Ağ rənglə birlikdə istifadə olunduqda narıncı rəng Günəş təsiri bağışlayır. Ona görə də uşağın otağına az işıq düşürsə, narıncı və ağ rəngdən əminliklə istifadə edə bilərsiniz.

rengli otaqQırmızı rəng güc, enerji, həvəs və maraq, qətiyyət, hərəkətlilik, eyni zamanda aqressivlikdir. Bu rəng depressiyanı qovur, beyni hərəkətə gətirir. Amma otaqda qırmızı rəngin həddən artıq olması uşağın hər şeydən yorulmasına, daimi yorğunluğa səbəb ola bilər.

Tünd qırmızı rəng hakimiyyət, müdriklik, arzu və həvəs hissi bağışlayır.

Çəhrayı məhəbbətdir, xeyirxahlıq, hərarət, zəriflik və incəlikdir, həyatdır. Bu rəng stresi atır, uşağın sinir sisteminin fəaliyyətinə müsbət təsir edir.

Psixoloqlar uşaq otağını rəngləyəndə donuq rəngləri (“matovıy”) seçməyi, həm də parlaq metaldan, şüşədən az istifadə eyməyi məsləhət görürlər. Çünki parlaq səth rəngləri təhrif edir, bu isə uşağı narahat edə bilər.

Otağa rəng seçəndə işığın haradan düşdüyünü nəzərə almaq lazımdır. Pəncərələr şimala, ya da şimal-qərbə baxırsa, isti rənglərdən istifadə etmək yaxşı olar.

Dizaynerlər ilk rəng çərçivələrini (qızlar üçün çəhrayı, oğlanlar üçün mavi) qırmağı məsləhət görür.

Eyni rəngin tonlarından, ya da əksinə, həddən artıq rəngdən istifadə məqsədəuyğun deyil, belə otaqda uşaqda daimi yorğunluq hiss edə bilərsiniz.

Share Button

Bir cavab yazın