loading...

Uşaq “R” “L” deyə bilmir. Loqopedin cavabı

Share Button

Sual

sualMənim qızımın yaxında 5 yaşı olacaq və o hələ də pəltək kimi danışır. “r”  “l” hərflərini “y” olaraq deyir. Çox vaxt onun danışdıqlarını hamı başa düşmür. Demək onda mən artıq loqopedə getməliyəm :( ?

Bu sualı Facebook səhifəmizdən oxucu Rahiye İck yazıb.

Loqoped-defektoloq Zemfira Zeynalovanın cavabı:

Xeyr. Loqopedə tələsməyin. Hələ 5 yaşı tamam olsa belə, qızınızın “r” və “l” hərflərini düzgün tələffüz etməməsi problem deyil. Ola bilər uşaq danışmağa gec başlayıb, ona görə də bəzi hərfləri yerində deməsi üçün vaxt lazımdır. O, məktəbə qədər hərfləri düzəldə bilər.

Düzəlməsə və bu qüsur uşağınızı narahat etmirsə (bəzən yoldaşlarının tənəsi uşağa çox pis təsir edir), birinci sinfi bitirməsini gözləyə bilərsiniz. Çünki adətən uşaqlar əlifbanı öyrəndikcə, hərfləri yazıb-oxuduqca səsləri öz yerində–düzgün tələffüz etməyə başlayırlar.

Sizin də əlavəniz və  sualınız varsa, bu mətnin altında “şərh” yaza bilərsiniz.

Share Button

Bir cavab yazın