Uşaq yemək yeməyəndə

Share Button

İstəmirəm! Yemirəm!

yemek istemeyen ushaq

Uşağın iştahası şəraitdən, uşağın səhhətindən və əhvalından çox asılıdır. Etiraf edək ki, biz böyüklər də əhvalımıza görə bəzən nəinki pis yeyir, hətta heç yemirik. Uşaqları da yeməyə həvəsləndirmək (“Nə qəşəng yeyirsən!” “Afərin!”) lazımdır, yemək yeməyi ləb etmək olmaz! Uşaqların da istəyinə hörmət etmək və istəmədiyinə inanmaq vacibdir.

Uşaq süfrə arxasında oturmaq istəmir?

Uşağınızın yemək mədəniyyətinə yiyələnməsini istəyirsiniz, bu normal və təqdirəlayiqdir!

Amma hər şeylə maraqlanan, bütün gün qaçmaq istəyən dəcəllərin süfrə başında oturmaq istəməməsi də təbiidir. Bir yaşlı uşaq xasiyyətindən asılı olaraq, süfrə arxasında 10 dəqiqədən 40 dəqiqəyə qədər dayana bilər. Uşaq hər yemək yeyiləndə oturmağa ən yaxşı halda 2 yaşında vərdiş edir. (Baxçaya gedən uşaqlar bu vərdişə daha yaxşı yiyələnirlər.)

aile sufre bashindaSüfrə mədəniyyətinə yiyələnməyini istəyirsinizsə, uşağı özünüzlə bir vaxtda yedirdin. Durub qaçmaması üçün əvvəl qarşısına az yemək qoyun, sonrakı həftələrdə yavaş-yavaş artıra bilərsiniz. Yemək zamanı az yeyibsə, sonrakı saatlarda süfrəyə, uşağın əli çatan yerə peçenye, çörək, meyvə qoya bilərsiniz ki, istəyəndə götürsün. Yaxud 2 saatdan sonra yenidən yemək təklif edin (körpələrə!).

Yemək yeyəndə uşağı tələsdirməyin. Bəzən uşağı həvəsləndirmək üçün, “tez ye, yoxsa biri gəlib hamısını yeyəcək, sənə qalmayacaq” deyirlər. Belədə uşaq böyüyəndə də sürətlə yeyir, qidanı yaxşı çeynəmir, həzmdə problem olur.

Özümüz tələsdiymiz üçün yeməyi uşağın ağzına bol-bol qoyuruq. Yeməyə təzə öyrənən körpənin ağızdolusu qidanı çeynəməsini tələb etmək nə qədər ədalətlidir? Belə uşaq böyüyəndə də ağzını bacardığı qədər doldurduqdan sonra çeynəməyə başlayar.

Daimi və hər kiçik şeylərə nəzarət uşağı yorur.

Yemək yeyəndə uşağa çox irad tutmayın, onu rahat buraxın, azca böyüyən kimi yeməyi qoyub, ayrılın. “Kompotu niyə tökdün?!” iradlar birbaş övladınızı günahlandırmış olur. Sakit tonla, “Heyif, kompot töküldü” deyəndə uşaq ona hirslənmədiyinizi, kompota heyfsləndiyizi anlayar.

Təklif etdiyiniz xörəyi istəməzsə, yenisi və daha yenisini verin. Bir yaşlı uşağın yeni yeməklərdən imtina etməsi, yeməyi ağzından çıxarması normaldır. Bəlkə o, ana südünə öyrəşib, yeni qidalara hazır deyil? Bəlkə dişi çıxır?

yemek yeyen oglanBöyük uşaqlar yemək istəməyəndə, bir müddət, məsələn, 1 ay nə bişirəcəyinizi uşaqla birlikdə müəyyən edin, mümkünsə, hətta birlikdə bişirin. İstəyinin nəzərə alındığını görmək uşağa zövq verir, yeməyi mütləq yeyir və bu, vərdiş halına çevrilir.

Balacalara yeməklə oynamaq imkanı yaradın. Təmizliyi çox sevirsinizsə, körpənin yemək masasının altına qəzet sala bilərsiniz. Bər-bəzəkli qaşığını, yumşaq çəngəlini əlinə verib, qarşısına kiçik vermişel, makaron bişmişi qoyun. Beləliklə o, yeməyi ağıza aparmağın yolunu öyrənəcək və narahat olmayın, əvvəl-axır bütün uşaqlar kimi yeməyi öyrənəcək.

Uşaqlar yeməyə, güclə yedirdiləndə nifrət edirlər və bu pis vərdişə çevrilə bilər. Yemək istəməyən uşaqdan əl çəkin, onu çox acanda yedirdə bilərsiniz.

Uşağınızın çəkisi normadan həddən artıq aşağı olarsa, onun bütün lazımi qida məhsullarıyla təmin olunmadığına əminsinizsə həkimlə, qastrentoloqla məsləhətləşin.

Əmzik bir yaşdan sonra uşağın qidalanmasına mane olur. Əmzikdən çox istifadə edəndə uşaqlar yeni qidanı yaxşı çeynəyə bilmir, bərk yeməklərdən imtina edirlər.

 

Share Button

Bir cavab yazın