loading...

Uşaqlara oyuncaq seçərkən. Stereotiplərə qarşı mübarizə aparaq!

Share Button

Uşaqlara oyuncaq alanda oğlana maşın, qıza gəlincik seçmək vərdiş halına çevrilib. Biz heç düşünmədən cəmiyyətin “normal” hesab etdiyi stereotipləri əbədiləşdiririk. Oğlumuz oyuncağın paltarlarıyla, qızımız əsgər fiqurlarıyla maraqlansa nə olar?qiz oyuncaq mashin

Gender məsələləri üzrə mütəxəssis olan Dauq Gertner (Doug Gertner, “Grateful Dad”) deyir: “Biz ideallaşdırılmış gender mesajları veririksə–“qız uşağı ağır olar, tabe olar”, “oğlan sərt olmalı, hisslərə yol verməməli, cəld hərəkət etməlidir”, deyiriksə, yaxud belə deyənləri müdafiə ediriksə, uşaqlarımızı özləri kimi olmaq imkanından məhrum edirik.”

ushaga oyuncaq teklifi2009-cu ildə aparılan bir tədqiqat (psixoloji araşdırmalar haqda nəşriyyat “Sex roles”-“Cinslərin rolu”) müəyyən edib ki, qızlar üçün nəzərdə tutulan oyuncaqların 30%-i görünüş—makiyaj və geyim-gecimlə bağlıdır. Oğlan oyuncaqlarının 45%-i fəaliyyətə aiddir; ixtira, tədqiqat, rəqabət, mobillik, problemin həlli ilə əlaqəlidir, yəni ideal işçi və lider üçün lazım olan bütün xüsusiyyətlər oğlan oyuncaqlarında təbliğ olunur. Belə oyuncaqlar uşaqlara bir fikir aşılayır: qızı görünüşlə, oğlanı fəaliyyətiylə müəyyən edərlər.

Araşdırma onu da göstərib ki, uşaqlar gender rollarını çox tez–30 aylıqlarından dərk etməyə başlayırlar! 3-5 yaşlı uşaqlar özlərini və ətraf dünyanı əməlli başlı qavrayır, tanıyırlar. Hətta yenicə yeriməyə başlayan körpə də qızın, yaxud oğlanın nə etməli olduğu barədə müəyyən fikrə-rəyə malikdir və məhz buna görə dünən sevdiyi oyuncaqları bu gün rədd edə bilər.

Qızlarımızı gəlinciyin nazıyla oynamağa, oğullarımızı tapança oyuncaqlardan atəş açmağa vadar etməyək. Stereotipləri—uşaqlara təsir göstərən oyuncaqları evimizdən uzaqlaşdıraq, övladlarımıza təsəvvürlərini genişləndirmək üçün sonsuz  məkan verək.

Bunun üçün neyləməli?

  • Yaradıcı oyuncaqlar. Uşağınıza yaradıcı və neytral (qıza, ya da oğlana aid olmayan) oyuncaq seçin. Silahlanmış əsgər fiquru yalnız bir oyun üçün istifadə edilə bilər, oğlunuzun tərbiyəsi və yaradıcılıq qabiliyyətinin inkişafına təsir etməz. Əvəzinə rəngarəng, girişli-çıxışlı qalalar, uşağın nə isə tikmək, qurmaq üçün istifadə edə biləcəyi əlvan kubiklər, leqo, heyvan fiqurları dəsti, incəsənət ləvazimatları ala bilərsiniz. Bu oyuncaqlar uşağa uzun müddət xidmət edir və müxtəlif oyunlar üçün istifadə olunur.lego ve ushaq

         Unutmayın ki, oğlunuz yenə də qala düzəldib uçura bilər, qızınız isə gəlinciyə şərfdən də don geyindirər. Bu, artıq onun şəxsi seçimidir.

  • Oynamaq üçün qarışıq təkliflər edin. Uşaqlar ağ kağız kimidir, onlar üçün səhv, ya düz “standart” yoxdur. Buraxın uşaqlar oynamağın yeni yollarını sınaqdan keçirsinlər. Oğlunuza oyuncaq mətbəxi idarə etməyi, qızınıza isə top oynamağı təklif edə bilrsiniz. Oğluna “gəlincik qız üçündür” deyən, oyuncağın qız, yaxud oğlan üçün olduğuna özü qərar verən valideynlər uşağın tədqiqat marağına zərbə vura, gələcəkdə yenilik etmək istəyinin qarşısını indidən ala bilərlər.
  • Başqa uşaqları da çağırın. Oyunlar yalnız uşaqların başını qatmaq, dincinizi almaq üçün deyil, daha əhəmiyyətli məşğuliyyətdir. İmkan olan kimi qohum-qonşudakı qız və oğlan uşaqlarını evinizə dəvət edin, onlara neytral oyuncaqlar verin və bütün uşaqların bir yerdə oynamasını təşkil edin. Beləcə uşaqlar cinsindən asılı olmayaraq hər kəsin bərabər qaydada oynaya bildiyini anlayarlar.ushaqlar oyun
  • Lazım gələrsə, məsələni böyüdün. Övladınızı onun seçdiyi oyunla bağlı neqativ baxışlardan qoruya bilmirsinizsə, fikirlərinizi daha geniş auditoriyaya çatdırmağa cəhd edə bilərsiniz. Yəni, məsələn; oğlunuz evə göz yaşları içində gəlir, gəlinciklə oynadığı üçün məktəb yoldaşlarının onu “qız” adlandırdığını deyir. Ona bütün oyuncaqların hamı üçün nəzərdə tutulduğunu xatırladın. Sonra məktəbdə toplantı çağıra, yaxud valideynlərlə (o cümlədən övladınızı lağa qoyan uşağın valideyni ilə) söhbət edə, evinizdə bütün oyuncaqlarla oynamağa icazə verdiyinizi pozitiv şəkildə çatdıra bilərsiniz.
  • balaca oyuncaqMüəllimlərlə söhbət edin. Evinizdə stereotiplərə qarşı mübarizə apararaq əlinizdən gələni edirsiniz. Amma bəzən dayə, yaxud müəllim özü də bilmədən əməyinizi yerə vurur. Övladınızla məşğul olan adamla danışın, sizin üçün “oğlan, ya qız oyuncağı” olmadığını, uşağa bütün oyuncaqlarla oynamağa icazə verdyinizi bildirin. Fikrinizə hörmət edilməsi vacibdir, əks halda başqasını–fikrinizə şərik olan müəllim (ya dayə) axtarın.
  • Stereotipləri bir-birinə vurun. Qızınız hörümçək adamın məhz oğlanlar üçün olduğunu deyirsə, ona səhv fikirdə olduğunu dolayı yollarla başa sala bilərsiniz. Dauq Gertner təklif edir ki, uşağa hekayə oxuyanda da stereotiplər haqda danışaq. Məsələn, nağıl qəhrəmanı şahzadə qızın sadəcə “adaxlı axtaran gözəl” olmadığını, özünün ağıllı və kimsədən asılı olmayan bir qız olduğunu vurğulayaq. Uşaqlarınız böyükdürsə, televizora baxanda, jurnalları vərəqləyəndə qadın və kişilər haqda “tipik” fikirlər haqda danışaq.

Ailədə gender stereotiplərinə qarşı mübarizənin ən yaxşı yolu liderliyi uşaqlara verməkdir. Körpə uşağın yeməyinə, geyiminə, cədvəlinə nəzarət edə bilərsiniz, amma onun maraqlarına kölgə salmaq olmaz. Oyuncaqları uşağın qabağına qoyun, onu maraqları ilə təkbətək buraxın, öz yolunu özü seçsin. Əlbəttə, sizin fantastik valideynlik bacarıqlarınızdan bəhrələnərək!

Share Button

Bir cavab yazın