loading...

Uşaqlarda depressiya gözümüzdən qaça bilər

Share Button

Depressiya?keder maskali ushaq

Gərginlik, narahatlıq və əsəbilik normal haldır və nə isə baş verərsə, sağlam adam bir neçə gün gərgin, yaxud əsəbi ola bilər. Amma bu vəziyyət iki həftədən çox davam edərsə…

Türk psixoloq Dr. Başak Demiriz yazır ki, adam iki həftədən artıq gərgin olarsa, özünü xoşbəxt hiss etməzsə, bu vəziyyət insanın bütün həyat tərzinə kölgə salarsa, depressiyaya düşmüş sayılır.

Uşaq və gənclərdə depressiya çox vaxt gözdən yayınır.

kederli ushagin gozuDepressiyada olan uşaq daim kədərli, əsəbi, narahat, gərgin olur, hər şeydən tez yorulur, narahat yatır, pis yeyir. Uşağın özünə inamı azalır, başqalarının onu anlamayacağından qorxduğu üçün özünə qapanmağa başlayır. Belə uşaqlar məktəbə getmək istəmir, özünü xəstəliyə vurur, ana-atasının yanından uzaqlaşmamağa çalışırlar. Onların məktəbdə problemləri çoxalır, bu da vəziyyəti bir az da gərginləşdirir.

Kiçik uşaqlarda problem başqa şəkildə görünür; qarın ağrısı, ürəkbulanma, başağrısı, iştəhasızlıq və yuxusuzluq, bir az böyük uşaqlarda əsəbilik, ətrafdan uzaqlaşma müşahidə olunur.

Körpəlikdə depressiyaya düşmüş uşaqlar böyüyəndə–yetkinlik çağında da bu problemlə üzləşir, sıxılırlar. Yetkinlik dövründə həm qızlar, həm də oğlanlar depressiyadan əziyyət çəkə bilər. Amma 15 yaşdan sonra qızların depressiyaya düşmək ehtimalı daha böyükdür.

Yetkinlik çağında depressiya təhlükəlidir; alkaqola aludəçiliyə, hətta intihara səbəb ola bilər. Yetkinlik dövründə depressiyaya düşən uşaqların yüzündən 25-ində davranış problem iolur, məsələn, hər şeyə və hər kəsə qarşı çıxır.

Uşaqlarda depressiyaya qarşı neyləməli?

kederli ushaq-balacaUşaqlar və gənclərdə depressiyanın gözdən yayınmasına səbəb,  onların davranışının normal qəbul edilməsidir.

Uşaqlarda depressiyaya əsas səbəb ailədəki zorakılıq, alkoqolizm, böyüklərin davranışıdır.

Dr.Başak Demiriz bildirir ki, depressiya öz-özünə keçmir, uşağa mütləq yardım edilməli, lazımdırsa, dərmanlarla müalicə olmalıdır. Amma yüngül depressiya halında dərman məsləhət görülmür. Xüsusilə gənclərin depressiyaya qarşı  dərmanlardan istifadəsi zamanı ehtiyatlı olmaq vacibdir.

“Dəli deyiləm!” kimi düşüncə tərzi, uşağın şikayətinin səbəbini başqa yerdə axtarmaq, maddi çətinliklə, ailə üzvləriylə bağlamaq depressiyanın qarşısı almağa mane olur, vəziyyəti bir az da ağırlaşdırır.

 

 

Share Button

Bir cavab yazın