loading...

İstidə uşaqları hansı xəstəliklərdən qoruyaq? Həkim deyir…

Share Button

Kəskin respirator virus infeksiyaları—qriplər, bronxit, müxtəlif mənşəli anginalar, xüsusilə mədə bağırsaq xəstəlikləri yayda ən çox yayılan xəstəliklərdir.

Süd məhsulları ilə ehtiyatlı olmaq vacibdir

Nergiz hekim

Suallarımıza 35 illik təcrübəsi olan pediatr-infeksionist Nərgiz Alışova cavab verir.

–Yayda uşaq qidasına aid olan südlü məhsullarda– sıyıq və ya dondurmalarda, kremli şirniyyatlarda bakterial floranın sayı çox sürətlə-bir saatın içində artır, toksiki maddələr əmələ gəlir. Ən qorxulusu da salmonellyoz (qida toksinləri) infeksiyasıdır, stafilakokdur.

Süd məhsullarını qış aylarında soyuducudan kənarda 3-4 saat saxlamaq olurdusa, yayda 1 saatdan artıq saxlamaq mümkün deyil. Onların tərkibindəki bakteriyalar sürətlə inkişaf edərək, toksiki xarakter alır.

Xarab qidanı qəbul elədikdən 1-2 saat sonra mədəyə böyük miqdarda mikrob daxil olduğu görünür: qızdırma, titrətmə, qusmalar olur. Vaxtında düzgün yardım göstərilmədikdə isə bu mədə-bağırsaq pozuntusu, uşaqlarda sinir sisteminin sıradan çıxması və hətta qıcolma ilə nəticələnə bilər.

Analara məsləhət

eller yuyulmaliAna olan xanımlara birinci məsləhətim o olardı ki, yemək hazırlayarkən keyfiyyətinə və onun temperaturuna diqqət etsinlər.

Sanitar gigiyenik qaydalara fikir vermək lazımdır. Yemək hazırlamamışdan öncə əllər yuyulmalıdır, əks halda dizenteriya xəstəliyinə yoluxma təhlükəsi var. Əldən çıxan mikrob keçir yoğun bağırsağa, toplanaraq ishal əmələ gətirir və selikli qişanın fəaliyyətini pozur.

Mədə-bağırsaq pozuntusu uşaqlarda, ən çox 3 yaşlı uşaqlarda olur.

Qida rasionuna fikir vermədən bir neçə çeşiddə olan yeməkləri ard-arda yeyəndə də həm uşaq, həm də böyüyün səhhətində prolemlər yaranır.

Havanın hərarəti nəzərə alınmalıdır.

ushaq-su-icherkenUşaqlar temperatura çox həssasdırlar. Tez istiyə düşür, soyuqda tez donurlar.

Yayda həddən artıq isti olur, ana istiyə arxayın olur, soyuq qida, külək, qəfil hava axını nazik geyinmiş, ya da qalın geyinib tərləmiş uşağı tutur.

İstidə uşaqlar bağçadan, məktəbdən gələndə və sadəcə küçədə oynadıqdan sonra evə qacaraq dərhal soyuq su içməyə tələsir. Valideyn müdaxiləsi olmazsa, hava-damcı yolu ilə daxil olan viruslar yeniyetmənin orqanizmində xəstəliyin ilkin bünövrəsini qoyur.

Yayda uşaqları su vannasına öyrətmək yaxşıdır. Bu immuniteti artırır, dəri təmizlənir, qan dövranı yaxşılaşır. İmkan varsa, uşaq hər gün çimsin.

Uşaqları açıq havada, əlbəttə, kölgədə gəzdirmək lazımdır.

Südün turş məhsulları-qatıq, kəsmik, duzsuz, yağsız pendir, meyvə-tərəvəz xeyirlidir.

Müsahibəni hazırladı: Naidə Əhmədova

Share Button

Bir cavab yazın