loading...

Uşaqların hər hərəkəti bir mesajdır—barmaq sormaq, dırnaq yemək, daimi inad, kefsizlik…

Share Button

Uşaqlar daxildə baş verənləri, daxildəki gərginliyi bizə hərəkətləri (çox vaxt xoşumuza gəlməyən davranışları) ilə göstərirlər. Biz valideynlər bu mesajın mənasını anlasaq, problem həll olunur, anlamayanda böyüyür.dirnaq yeyen ushaq

Bu haqda Türkiyədə tanınan uşaq psixoloqu, professor Haluk Yavuzər danışıb:

Bir uşaq barmaq sorur, biri dırnaqlarını yeyir, biri aqressivdir, ya da şalvarını isladır. Bütün bunlar daxili problemin göstəricisidir.

Məsələn, 9 aylıq uşaq yatanda barmağını əmirsə, bu, normaldır. Təqribən 18-ci aya qədər uşaq barmağını daha tez-tez sora bilər. Amma 4 yaşına qədər uşaq bu vərdişi tərgidir. 5-6 yaşlı uşaq barmaq əmirsə, bu artıq problemdir.

3-6 yaşlı uşaqlar  tez-tez hirslənir, inad edir, səs-küy salır, ağlayır. Uşağın hirsini yatırtmaq əvəzinə, bu hissin ifadə edilməsinə imkan verilməlidir. Uşaq sakitləşəndən sonra onunla söhbət etmək, davranışının səbəbini öyrənmək olar. Uşağı marağına uyğun olaraq idman və ya incəsənətə cəlb etmək, beləliklə enerjisini, hisslərini ifadə etmək üçün məkan yaratmaq olar.

5-6 yaşlarında uşağın dırnaqlarını yeməsi özünə inamsızlığın əlaməti ola bilər. Valideynlərin həddən artıq təzyiq göstərməsi, uşağın tez-tez danlanması, kifayət qədər qayğı görməməsi, qısqanclıq, gərginlik, ya da ailədəki böyüklərdən birinin dırnaq yemək kimi vərdişinin olması uşaqda bu vərdişin yaranmasına səbəb olur.

Yeniyetmə daxilindəki gərginliyi iştəhasızlıqla, depressiyanı kefsizlik, həddən artıq əsəbilik, ümidsizliklə ifadə edir, alkoqol və digər təhlükəli vasitələrə əl atır.

Valideynlər düzgün yanaşma ilə problemin kökünü tapa və onu həll etməklə uşaqların problemlərini, vərdişlərini tərgidə bilərlər.

Dr. Haluk Yavuzər Türkiyədə Ana-Ata məktəblərinin banisidir. Onun təlimləri sayəsində minlərlə sərt, avtoritar valideyn daha demokratik, uşağına dayaq olan anaya, ataya çevrilib.

“Milliyyet” qəzeti

Share Button

Bir cavab yazın