loading...

V hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Vahib  –  Bağışlayan, hədiyyə verən, armağan edən

Vahid  - Bir, tək, yeganə, yalqız; eyni cinsli, eyni ölçüdə olan

Vaqif  –  Bir işdən xəbəri olan, məlumatlı

Valeh –  Heyran olmuş, məftun edilmiş, vurulmuş; qismət, tale

Valid  –  Ata

Vamiq –  Aşiq olan, vurulan, sevən

Varcan - Canı, ürəyi, ruhu olan; əhli-hal, həyatda mövcud olan

Varis   –  Vəsiyyət yolu ilə mal-mülkə sahib olan adam; xələf, vərəsə sahibi; irs olaraq ata-anadan, qohum-əqrəbadan bir şey alan adam; məs. davamçı, bir işin davam etdiricisi

Vasfi  – “Vəsf” sözündəndir. Keyfiyyətlə əlaqəli olan; tərif, öymə, təsvir etmə ilə bağlı olan
Vasim  –  Xoş, gözəl, göyçək; damğalı, nişanlanmış

Vazeh  –  Açıq, aydın, aşkar, məlum. Taleyi qəribə dolaşıqlığa səbəb olmuş lirik şair Mirzə Şəfinin təxəllüsü

Vasif  –  Bir şəxsdə və şeydə olan hal, xüsusiyyət, öymə, tərifləmə, vəsf və mədh etmə

Veys  –  Möhtac olan, kasıb, yoxsul

Veysəl  – Əslində” Veysələddin” adının ixtisar edilmiş biçimidir, dinə möhtac olan deməkdir

Vəfadar –  Verdiyi sözün üstündə duran; sədaqətli, vəfalı

Vəfalı - Bax: Vəfadar

Vəfiq  – Uyğun, müvafiq, yekdil, həmfikir; dost, yoldaş

Vəhdət  – Təklik, vahidlik, yalnız və təkbaşına qalma; birlik, bütövlük; Allahın birliyinə qovuşma(təsəvvüfdə); ümumilik, eynilik

Vəhbi  – Allah vergisi; hədiyyə edilmiş

Vəkil  - Başqasını işini görməyə təyin olunan şəxs, əvəz eləyən; məhkəmələrdə tərəflərin əvəzində iş aparan adam; nazir; deputat

Vələd  –  Övlad, uşaq, oğul

Vələt - Bax: Vələd

Vəli  –  Qəyyum, himayəçi, hami; yaxın olan, dost; yiyə, sahib, ağa; yetkin. Bir sıra adlarla birləşərək mürəkkəb adlar da yaradır: Vəliağa, Vəlibaba, Vəlibəy, Vəliqulu, Vəliməmməd, Vəlixan, Vəlidədə, Vəlidədəoğlu və s.

Vəlican  –  Vəlinin canı, ürəyi , himayəçinin canı. Bax: Vəli

Vəlid –  Yeni doğulmuş uşaq; oğlan, bala

Vəliəddin –  Dinin himayəçisi, dinin qoruyucusu

Vəlimət - Özbəklərdə “ Vəliməhəmməd” in dəyişilmiş biçimi

Vəliulla  – Allaha yaxın olan, Tanrı tərəfindən qorunan

Vəliyulla  –  Bax: Vəliulla

Vəzir  –  Hökmdarın vəkili olub dövlət işlərinə baxan şəxs, hökümətin üzvlərindən biri; nazir

Vidadi  – Məhəbbətə aid olan, sevgiyə məxsus olan; dostcasına

Vilayət  –  İnzibati ərazi bölgüsü ; diyar, ölkə, əyalət, mahal, rayon, dinə görə müqəddəs adam

Vildan  – Uşaqlar. “Vələd” (uşaq) sözünün cəmi

Visal - Bax: Vüsal.

Visali –  Sevdiyinə, sevgisinə qovuşan, istəyinə çatan

Volkan - Yanardağ, vulkan, püskürən dağ

Vulkan -  Bax: Volkan

Vural - Çalan; vuran, atan, atəş açan; yaxan, öldürən; vurub alan, yıxıb alan, qalib gələn; döyən

Vurğun - Vurulmuş, aşiq olmuş, sevən, bənd olan; sevdalı, məftun

Vüqar  –  Ağırlıq, ciddiyyət, təmkin; ləyaqətini, mənliyini yüksək tutma, heysiyyətini saxlama, uca tutma

Vüsal  –  Görüşmə, istəyinə çatma, qovuşma, nail olma

Vüslət  –  Aşiqin vüsalı, sevgilisinə qovuşması, qovuşma. Bax: Vüsal

Share Button

Bir cavab yazın