X hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button

 

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

Xaqan – Qədim türk dilindəki “kaan” ”kağan” sözlərinin ərəb və fars tələffüzünə uyğunlaşmış biçimidir.Böyük xan, xanlar xanı, şahinşah,imperator.Vaxtilə türk və çin hökmdarlarına verilən addır.Bəzən Osmanlı sultanlarına da deyilərdi

Xaqani – Böyük hökmdara mənsub olan,imperatora aid olan. Bax: Xaqan

Xalid  – Əbədi, daimi,ölməz, gec qocalan

Xaliq  – Xəlq edən,yaradan,yaradıcı.Tanrı adlarındandır

Xaliqverdi - Yaradanın verdiyi,bəxş etdiyi adam

Xalis  – Təmiz, saf, düzgün, saxta olmayan, qatışığı olmayan

Xamməd - ”Xanməmməd”-in qısa biçimi

Xan -  “Kaan”,”kağan”dan yaranmışdır.Xaqan sözünün qısaldılmış biçimidir.”Kağatur”,”hakan”, ”Xaqan” biçimlərindədə işlədilir. Çin, monqol,hind, türk və başqa dövlət başçılarına verilən ünvan (titul, ad) olmuşdur. İmperator, kral, hökmdar anlamlarında işlədilib. Bu ad məşhur müğənnimiz Xan Şuşalının adı ilə əbədiləmişdir

Xanbaba -  Bax: Xan və Baba

Xanağa - Bax: Xan və Ağa

Xanbacı - Bax: Xan və Bacı

Xanbala - Bax: Xan və Bala

Xanbəy - Bax: Xan və Bəy

Xancan - Bax: Xan və Can

Xandadaş -  Bax: Xan və Dadaş

Xandədə - Bax: Xan və Dədə

Xandəmir - Bax: Xan və Dəmir

Xanəli - Bax: Xan və Əli

Xanəhməd - Bax: Xan və Əhməd

Xangəldi - Bu ad uzun zaman intizarla gözlənilən oğlan uşaqları anadan olandan sonra qoyulur

Xangözəl - Bax: Xan və Gözəl

Xanış  – ”Xan”la başlanan adların əzizələmə və oxşama biçimi

Xankişi - Xan kimi adam,kişi

Xanqardaş -  Bax: Xan və Qardaş

Xanqulu -  Bax: Xan və Qulu

Xanlar -  ”Xan”ın cəmi

Xanməmməd -  Bax: Xan və Məmməd

Xanmirzə-  Bax: Xan və Mirzə

Xanmurad - Bax: Xan və Murad

Xanoğlan - Xan kimi oğlan, xanlığa layiq oğlan

Xansuvar -  Xanın atlı qvardiyası, atlılar başçısı, çox mahir minici

Xanverdi - Xanın verdiyi, xanın bəxş etdiyi adam

Xanverən - Xanın bağışladığı, xanın verdiyi

Xanvəli - Bax: Xan və Vəli

Xanzadə - Xandan olan, xan övladı

Xasay - Xüsusi ay, xalis ay, əsl ay, gözəl ay

Xasbəy -  Xalis bəy, əsl bəy, bəy kimi olan

Xasməmməd  – Məmmədə məxsus olan, Məmməd kimi

Xasmurad  –  Murada məxsus olan, Murad xasiyyətli

Xatəm  –  Möhür, damğa; üstündə yazı olan və möhür kimi istafədə olunan üzük; son axır; sonuncu, axırıncı; müstəsna

Xeyrəddin  - Dinin xeyiri, bərəkəti

Xeyrulla  - Allahın xeyri, Tanrının rəhmi, Allahın rəhm elədyi

Xələf –  Varis; davamçı, əvəz; nəsil, övlad; nəvə-nəticə

Xəlifə –  Canişin; vəkil, birini əvəz edən adam; varis

Xəlil –  Yaxın dost, yoldaş; istəkli, sevgili

Xəlilulla –  Allahın sevimlisi, Tanrının dostu

Xəndan  – Gülən, gülər; sevinli, kefi kök, şad şən, məs. Tamam açılmış gül

Xətayi – Bax: Xatay

Xəyal  – Bir nəsnənin və ya şəxsin insan ağlında canlanma biçimi, gerçəkdən uzaq, romantik, təsəvvürdə canlanma

Xəzər - 1) Gəzən, gəzib-dolaşan, köçən, bir yerdən digər yerə hərəkət edən; 2) güclənən, artan; 3) istehsal edən, düzəldən, çıxaran

Xıdır  –  İmdada yetişən, vaxtında yardıma yetişən, vaxtında yardıma çatan; məs. acizlərin köməkçisi, xeyirxah. Əfsanəyə görə ölümsüzlüyə qovuşmuş İlyas peyğəmbərin ləqəbidir. Yazın gəldiyini xəbər verən; “ yaşıllıq” kimi də izah olunur

Xosrov –  Hökmdar, padşah, sultan; məs. günəş

Xoşbəxt –  Gözəl taleli, ağgünlü, mutlu, bəxti gətirən, səadətli

Xubyar –  Yaxşı yar, gözəl sevgili

Xudabaxış  - Əslində “xudabəxş” dir. Allahın bəxş etdiyi, bağışladığı, Tanrının hədiyyəsi, Allahın verdiyi

Xudat - ” Xudadad”ın dəyişikliyə uğramış biçimi. Bax: Xudadad

Xudaverdi -  Tanrının verdiyi, Allahın bəxş etdiyi

Xudaverən - Allahın bəxş etdiyi (adam), Allah verən

Xudayar  –  Allah yardımçısı, Tanrı köməkçisi
Xurşid –   Günəş

Xürrəm  –  Sevinc, şən, şad, fərəh; sevincli, fərəh

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın