loading...

Yarımçıq doğulmuş uşağa qulluq

Share Button

 “Yarımçıq doğulmuş uşaq” termini hansı halda işlənir?

yarimchiq dogulmush

Hamiləliyin 37-ci həftəsindən 40-cı həftəsinə qədər doğulmuş uşaqlar vaxtında doğulmuş hesab olunur.

Yarımçıq uşağın yaşamaq qabiliyyəti, inkişafı, bacarıqları dərəcəsindən asılıdır. Çəkidən və vaxtdan asılı olaraq, 4 cür yarımçıq doğulmuş uşaqlar var:

1-ci dərəcə: 35-37-ci həftələr arasında doğulmuş, 2000-2500 q-lıq
2-ci dərəcə: 32-34-cü həftələr arasında doğulmuş, 1500-2000 q-lıq
3-cü dərəcə: 29-31-ci həftələr arasında doğulmuş, 1000-1500 q-lıq
4-cü dərəcə: 29-cu həftəyə çatmamış doğulmuş, 1000 q və ya daha az çəkili uşaqlardır.

Bəzən vaxtında doğulmuş uşaqların da (əkizlər çox vaxt belə olur) çəkisi 2500 q-dan az olur və bu uşaqlara da yarımçıq doğulmuş uşaq kimi qulluq tələb olunur.

Dünya Səhiyyə Təşkilatının normalarına görə çəkisi 500 q-dan az olmayan, ürək döyüntüsü eşidilən döl salamat doğulmuş hesab olunur. Ancaq belə uşağı yalnız ən müasir texnologiya və dərmanların köməyi ilə, bütün gün xüsusi qayğı göstərməklə saxlamaq olar.

Vaxtından əvvəl doğulan uşaqların bir və ya bir neçə problemi ola bilər. Həzm, sinir, tənəffüs sistemi tam formalaşmır, qidaya, ətrafa həssas uşağın orqanizmdində xəstəliklərə şərait yaranır. Dərinin altındakı piy qatı tamamlanmadığından bədən temperaturunu qoruya bilmir. Ona görə də belə uşaqların həm müalicəyə, həm də xüsusi qayğı və diqqətə ehtiyacı var.

Amma bu sizin uşaqla münasibətinizə aid deyil. Araşdırmalar göstərir ki, yarımçıq doğulmuş uşağın şəxsiyyət kimi zəif inkişafının səbəbi, yarımçıq doğulması deyil, uşağa “yarımçıq doğulmuş” kimi yanaşmadır. Unutmayın ki, bütün uşaqların inkişaf sürəti fərqlidir və zaman keçdikcə hər bir uşaq maneələrin öhdəsindən gəlməyi bacarır, bəzən əvvəl geri qaldığı yaşıdlarından daha sürətlə irəliləməyə başlayır. Həmçinin istənilən uşaq kimi, yarımçıq uşaqlardan da bacardıqlarından çox şey tələb etmək olmaz. 

Yarımçıq uşaq xəstəxanada nə qədər qalmalıdır?

yarimchiq dogulmush inkubatordaYarımçıq doğulmuş uşaqların orqanizmi bədənin temperaturunu qoruya bilmədiyi üçün (bəzən tez qızır, ya tez soyuyur) onları xüsusi otaqlarda, özünəməxsus mikroqilimi olan inkubatorda qoruyurlar. Çəkisindən asılı olaraq, uşaqlar belə apparatlarda 3 gündən bir neçə həftəyə, hətta bir neçə aya qədər saxlanır.

Adətən yarımçıq doğulmuş uşaqları, çəkisi 2000 q-a çatanda, uşağın orqanizmi bədən temperaturunu qorumağı bacaranda, fəal şəkildə qidalananda, analiz göstəriciləri normal olanda xəstəxanadan çıxarırlar.

Evə çıxmağa ana da hazır olmalıdır. Yarımçıq körpəyə qulluq haqda məlumatlanmaq üçün Yarımçıq doğulmuş uşağın qida rejimi”, Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj” başlıqlı yazılara baxa bilərsiniz.

Yarımçıq doğmuş anaya da qayğı gərəkdir.

Hamiləlikdən sonra onsuz da qadınların çoxuna çətin olur. “Yarımçıq” sözü vəziyyəti bir az da gərginləşdirməməlidir. Günahkar axtarmağa ehtiyac yoxdur.

ana ushaq ellerƏtrafınızdakılardan anlayış və qayğı görmürsünüzsə, əhəmiyyət verməyin. Özünüzə sual verin: Narahatlığımın əsası varmı? Məlumatlısınızsa, uşağın çəkisinin gec-tez bərpa olunacağını, dərisinin qırmızısının keçəcəyini (vaxtında doğulmuş uşaqlarla müqayisədə 1-2 həftə gec) bilirsiniz. Körpənizə öz gözünüzlə baxın və onun xoşbəxt gələcəyini, baxçaya, məktəbə gedəcəyi günü təsəvvür edib sakitləşin.

İnkubatorda olsa belə, balanızın ana qucağına ehtiyacı olduğunu unutmayın. Götürməyə icazə vermirlərsə, onun barmaqlarını əlinizə alıb ünsiyyət yarada bilərsiniz. Əl-ayaqlarını sığallayın, mahnı oxuyun. Mümkün olan kimi döş verin və tutmasa (əvvəl çox uşaq döşü tuta bilmir) ümidinizi itirməyin, yenidən cəhd edin. Onun xilası olan ana südü həm də sizi depressiyadan qurtarar, aranızda ünsiyyət yaranar. Araşdırmalar göstərib ki, ünsiyyət yarımçıq doğulmuş uşaqların həm psixoloji, həm də fiziki inkişafı üçün vacibdir.

Share Button

Bir cavab yazın