loading...

Yarımçıq doğulmuş uşağın yuxu rejimi Xəstəliklər Gəzinti Vanna Massaj

Share Button

Yuxu rejimi

yarimchiq dogulmush inkubatorda

Yarımçıq doğulmuş uşaqlar adətən sakit olur, az hərəkət edir və günün çox hissəsini yatır. Vaxtından çox əvvəl doğulanlar hətta tibbi baxış zamanı gözlərini açmağa tənbəllik edirlər. Bu normaldır, axı vaxtından əvvəl doğulmasaydı, o bətndə yatacaqdı. Aylar keçdikcə onun da yuxu cədvəli başqa çağalarınkı kimi olacaq.

Amma yatarkən diqqətli olun: yarımçıq doğulmuş uşaq zəif səslə ağlayır, eşitməzsiniz. Yaxud uşaq yatdığı yerdə bir neçə saniyə, bəzən 20 saniyədən çox nəfəs almaya bilər. Bu, apnoenin (nəfəs hərəkətlərinin dayanması) əlamətidir. Həkimə müraciət edin, beyində tənəffüs sisteminin işinə yardım edən dərmanlar məsləhət görəcəklər. Müalicə olunduqda apnoe bir ilə keçib gedir.

Xəstəliklər

chimenden-sonraSinir sistemi tam formalaşmadığından, yaxud doğuş zamanı zədə ehtimalı olduğundan yarımçıq uşaqların nevroloji müayinədən keçməsi (həm də tez-tez) zəruridir. Yarımçıq uşaqlarda görmə problemi ola bilər, ara-sıra göz həkiminə müraciət etmək lazımdır.

Soyuqdəymə ehtimalı böyükdür. Bədənin temperaturunu hələ qoruya bilmədiyini unutmayın və körpənin yatdığı otağa termometr qoyub nəzarətdə saxlayın: hərarət 25-27 dərəcə olmalıdır. Nəmişlik isti qədər vacibdir. 

İmmun sistemi zəif olduğundan yarımçıq uşaqlar infeksiyalara həssas olur. Onların paltarları, dəsmalları qaynadılmalı, ütülənməli, ana gigiyenasına xüsusi diqqət etməlidir. Uşağın əşyaları ayrı yığılmalı, sabunu, dəsmalı, vannası ayrı olmalıdır.

Vanna

Suya girməyə hazır olan kimi yarımçıq doğulan uşağı çimdirmək lazımdır. Su onlar üçün çox doğmadır (suyun temperaturu 36-37° omalıdır). Çəkisi 1 kq-dan az olan uşaq 4 həftəsi tamam olandan sonra çimdirilir. Hələ ki, onun bədənini yaş pambıqla silə bilərsiniz, pambığı çobanyastığı dəmləməsində islatmaq olar.

Vanna otağı isti və nəm olmalı, uşaq soyunan kimi suya salınmalıdır. Geyindirəcəyiniz şeyləri əvvəldən hazır qoyun. Çimdiyi gün uşağa daha diqqətli olmalı, otağın temperaturunu artırmalısınız.

Hava vannası

2-ayliqHava vannası (paltarını dəyişdirəndə uşaqlar onsuz da belə vanna qəbul etmiş olurlar) birinci ay 3-4 dəqiqədən artıq çəkməməlidir. Sonralar hava vannasının müddətini 10-12 dəqiqəyə qədər uzatmaq olar.

Soyundurmuşkən uşağı qarnı üstə uzadın, əzələləri möhkəmlənər. Bunun üçün körpənin çəkisi 2000 q-a çatmalı, ayı tamam olmalıdır. Onu üzü üstə əvvəl cəmi bir neçə dəqiqə saxlayın. Sonralar müddəti uzadın; gündə 3-4 dəfə 10 dəqiqəliyə.

Massaj

Yarımçıq doğulmuş uşaqların sümükləri, qulaq seyvanı çox yumşaq və zərif olur. Onları ələ alanda da ehtiyatlı olmaq vacibdir.

Uşağın çəkisi 2000 q-a çatandan, bir ayı tamam olandan sonra qarnını yüngül massaj etmək olar. Ümumi massaja uşağın çəkisi 3 kq-a çatanda başlamaq mümkündür. Unutmayın ki, bu işi siz yox, peşəkar massajist görməlidir. İlk günlərdə 3-5 dəqiqəlik seans kifayətdir.  3-4 ayından sonra massaja gimnastika elementləri əlavə etmək olar. Zəif və yarımçıq doğulmuş uşaqlar üçün xüsusi gimnastika hərəkətləri kompleksi var. Fizioterapevtə müraciət etsəniz, sizə bu işdə yardımçı olar.

Gəzinti

korpeyle havadaYarımçıq doğulmuş uşaq 2-3 həftəliyində (çəkisi 2000 q-ı keçibsə!) təmiz havada gəzintiyə çıxarıla bilər. Havanın hərarəti 10-12°С-dən artıqdırsa, uşağı əvvəl 10 dəqiqəliyinə, gündə bir dəfə çıxarın. Getdikcə artıraraq gündə 2-3 dəfə, hər dəfə 30-40 dəqiqə gəzdirmək olar.

Temperatura həssas olduğunu nəzərə alaraq, uşağı havaya uyğun, amma özünüzlə müqayisədə qalın geyindirin.

Yarımçıq doğulmuş uşaqlara peyvənd və vitaminlər fərqli vaxtlarda verilir. Həkimlə əlaqə saxlayın, peyvənd və vitaminləri vaxtında verməyi unutmayın. Körpənin inkişafdan qaldığını güman edirsizsə, psixoloqla məsləhətləşin. Görüş zamanı istər həkim, istər psixoloqa sual verməkdən çəkinməyin!

Share Button

Bir cavab yazın