loading...

Z hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Zabil   - Tarda bir pərdə və muğamlardan birinin adı ( zabil segah)

Zabit  - Ordu və donanmalarda komanda heyyətinə mənsub olan şəxs, rütbəli hərbçi, əmr edən; zəbt edən; alan, tutan

Zahid  - Dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını dini ibadət etməklə keçirən adam,asket, ibadətlə məşğul olan; pəhrizkar, tərki-dünya; məs. cəmiyyətdən, insanlardan uzaq qaçan, qapalı həyat sürən

Zahir  – Açıq, aşkar, aydın, meydanda olan; hər hansı bir şeyin xarici görnüşü və görkəmi

Zakir  –  Zikr edən, təsbeh çevirə-çevirə dua edən, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar edən, vird ilə məşğul olan, yada salan, adını çəkən

Zaman  –  Vaxt, müddət, çağ, dövr, mövsüm

Zamanxan – Zamanə xanı, dövrünün xanı

Zamin  –  Zəmanət verən adam, zamin duran, boynuna çəkən, boyun olan, təminat verən

Zamir  - Əsli ”zəmir”dir. Ürək, qəlb; bir şeyin və kimsənin iç üzü, daxili; vicdan; səmimi və daxili duyğu; qramatikada: əvəzlik

Zaur  –  Əsli ”zair”dir. Qonaq, başçəkən, ziyarət edən

Zehni  – Ağıla məxsus, kamala aid, ağılla iş görən, istedadla bağlı olan

Zeyqəm  –  Aslan, şir

Zeynal  – 1) yaxşı; 2) “Zeynalabdin”in ixtisar edilmiş biçimi; 3) nəslin (ərəbcə “al”) yaraşığı, bəzəyi, daş-qaşı(ərəbcə “zeyn”)

Zeynalabdin  – Əslində “Zeynalabidin”dir. İbadətlə məşğul olanların bəzəyi, yaraşığı, yaxud da sadəcə olaraq ən yaxşı ibadət edənlər

Zeynəddin  –  Dinin bəzəyi, yaraşığı

Zeynulla  – Allahın bəzəyi, Tanrının yaxşı bəndəsi

Zəfər  –  Qələbə, qalibiyyət, arzuya çatma, uğur

Zəki  –  Zəkalı, düşüncəli, ağıllı, fərasətli, kəskin zəkası olan, istedadlı; anlayışlı

Zəkulla  –  Allahın ağıllı, zəkalı, düşüncəli bəndəsi

Zəlimxan -  Əziyyət çəkən xan, zülümdə olan xan, sıxıntıda olan xan

Zəmanət  –  Zamin olma, zaminlik, məsuliyyət, boynuna götürmə

Zərbəli  – Əli vuruşu, Əli zərbəsi, Əli naxışı, Əlinin damğası

Zərgər  - Qızıldan, qiymətli şeylərdən bəzək əşyaları düzəldən usta

Zinnur  – İşıqlı, aydın, ziyalı

Zivər  –  Bəzək, yaraşıq, zinət

Ziya  –  İşıq, nur, aydınlıq

Ziyad  – Artıq, çox, artıqlıq

Ziyadar  –  İşıqlı, nurlu, parlaq, aydın

Ziyadxan - Böyük xan, xandan da artıq olan

Ziyafəddin  – ”Ziyafət” və “din” sözlərindəndir. Dinin təntənəsi, dinin cəlalı

Ziyafət  –  Böyük qonaqlıq, təntənəli qonaqlıq, şölən

Ziyalan - Aydınlaşan, işıqsaçan, parlayan

Ziyarət  –  Müqəddəs sayılan bir yerə getmə; görüşmə, vizit

Ziyəddin -  Əslində” ziyaəddin”dəndir. Dinin işığı, dinin parıltısı

Ziynət - Bax: Zinyət

Zöhrab - Bax: Söhrab

Zülfəli  –  Əlinin saçı, Əlinin tükü, saçı, zülfləri

Zülfi  –  Zülfləri olan, saça məxsus olan, hörüklü, telli.” Zülf” ilə başlayan adların ixtisar və nəvaziş biçimi kimi də işlənir

Zülfiqar - Bax: Zülfüqar

Zülfüqar  - İki ağızlı qılınc.Dini rəvayətə göra guya göydən yerə enmiş bu qılıncı Məhəmməd peyğəmbər imam Əliyə bağışlamışdır. Əlinin qılıncına verilən addır. Sözün hərfi anlamı “qabırğa”, “onurğa” ilə bağlıdır

Zülqədər  –  Ərəb qəməri ilinin on birinci ayının adındandır. Əslində “zülqə”dəndir

Zülü -  ”Zül” ilə başlayan adların ixtisar və əzizləmə biçimi

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın