Z hərfi ilə başlayan qız adlarının mənası

Share Button

Zabitə- Qayda, qanun, nizam, asayiş, intizam; bir yerin (şəhər, rayon, qəsəbə və s.) intizam və asayiş işlərinə baxan inzibati idarə, polis və jandarma idarəsi

Zahidə - Bax: Zahid

Zahirə-  Bax: Zahir

Zakirə- Bax: Zakir

Zalxa- Əslində ”zelika”dır, “Züleyxa” adı da bu sözdəndir. Sürüşkən, sürüşən. Eyni zamanda bu Azərbaycanda məhəlli söz olub “Tutqun bənövşəyi rəngdə çoxlu çiçəkləri olan zəhərli bir bitki” kimi izah edilir

Zanbaq- Uzun saplağı və gözəl qoxulu böyük gülləri olan bir bitki

Zemfira-  Bu ad haqqında iki fikir vardır. 1) ibranicə ”mahnı” anlamını verir; 2) yunanca “sappherios” və ibranicə “sappir”in rumin və başqa dillərdəki xalqın danışıq dilindən alınmış biçimindədir, göy yaqut anlamındadır

Zenfira- ” Zemfira”nın dəyişilmiş formasıdır. Bax: Zemfira

Zeybə-  “Ziba” sözünün dəyişikliyə uğramış biçimi. Bax: Ziba

Zeynəb-  1) Qiymətli daş-qaş, cavahirat; 2) atanın yaraşığı, bəzəyi, qiymətli daş-qaşı; 3)bunu kök, dolu bədənli kimi də izah eləyirlər

Zəhra-  Parlaq, parıltı, parlaq üzlü, ən işıqlı, gül üzlü

Zəkiyyə-  Bax: Zəki

Zəmanə-  Zaman, vaxt; məs. tale, qədər, bəxt

Zəmanət- Zamin olma, zaminlik, məsuliyyət, boynuna götürmə

Zəminə-  1) Yer; mühit, şərait, ilkin şərt, əsası olan; 2) boyun olma, zaminlik, təminat

Zəmirə- Bax: Zamir; əvəz olunan( yəni oğlan olmasa da olar)

Zənubər- “Sənubər”in dəyişilmiş biçimi. Bax: Sənubər

Zənurə – Əsli ”zənnur”dəndir; işıqlı, aydın, parlaq deməkdir

Zərbacı- Qızıl kimi gözəl (qız, bacı), zərlə bəzənmiş

Zərbəli-  Əli vuruşu, Əli zərbəsi, Əli naxışı, Əlinin damğası

Zərəngül-q  Əslində “ zərringül” dəndir. Hərfi anlamı belədir; zərli gül, qızıldan olan gül

Zərcama-  Qızıl üzlü gözəl, qızıl çöhrəli(qız, qadın)

Zərgül-  Qızıldan olan gül, qızıl gül

Zərxanım-  Qızıla bənzər, qızıl kimi xanım; qəşəng, gözəl

Zərxara-  Zərli ipəkdən toxunmuş parça, parıldayan şax ipək parça

Zərif-  İncə, zərif, cansız; məs. nazik, qəşəng, gözəl, yaraşıqlı

Zərifə-  Bax:Zərif

Zərin- Qızıldan olan, qızıla bənzəyən. Həmçinin bax: Zərrin

Zərinə- Qızıla bəzənmiş, qızıl bəzək; zərli və qiymətli geyim; qızıldan hazırlanmış, qızıldan olan

Zərnigar-  Əsli ”zər” və “negar” sözlərindəndir. Qızılla naxışlanmış, qızılla bəzənmiş, zər naxışlı; məs. qızıl kimi, gözəl, sevgili, yar

Zərnisə-  Qızıl qadın, qızıl kimi qadın

Zərnişan-  Qızıl nişan, qızılla, zərlə həkk edilmiş və ya işlənmiş (qılınc və başqa əşyaların üzərinə qazılmış yazı, möhür və s.) zərli, bəzəkli parça, zərlə işlənmiş parça və s.

Zərnur-  Qızıl kimi işıq verən, qızılın parıltısı, işığı

Zərnurə-  Bax: Zərnur

Zərparə-  Qızıl parçası, qızıl tikəsi, qızıldan olan hissə

Ziba-  Bəzəkli, gözəl, yaraşıqlı, zinətli, qəşəng, göyçək

Zibagül-  Gözəl gül, qəşəng çiçək

Zibeydə-  Bax: Zübeydə

Zinnur-  İşıqlı, aydın, ziyalı

Zinyət-  Əsli ”zinət”dir. Yaraşıq, bəzək

Zirəng-  “Zirək” sözünün dəyişilmiş biçimi. Diribaş, cəld, çevik, bacarıqlı

Zivər- Bəzək, yaraşıq, zinət

Ziyafət- Böyük qonaqlıq, təntənəli qonaqlıq, şölən

Ziynət- Bax: Zinyət

Zöhrə-  Günəş sisteminə daxil olan yeddi ulduzun biri və ən parlağı; Venera planetinin adı; Karvanqıran; məs. eşq ilahəsi, parlaq
Zübeydə-  Əsli ”zübdə”dəndir. Əsas, maya, cövhər, qaymaq; xülasə, nəticə; ən bəyənilmiş, ən seçilmiş

Züleyxa-  “Zelika” (Zalxa) adının dəyişilmiş biçimidir. Bax: Zalxa

Zülfi-  Zülfləri olan, saça məxsus olan, hörüklü, telli.” Zülf” ilə başlayan adların ixtisar və nəvaziş biçimi kimi də işlənir.

Zülfinaz- Zülfləri və nazı olan (qız, qadın)

Zülfinur- Zülfləri parıltılı olan, parıldayan saçları olan

Zülfiyyə- Bax: Zülfi

Zülfizər-  Saçları, telləri qızıl kimi olan, qızıl saçlı (qız)

Zülfünaz-  Bax: Zülfinaz

Zülü-  ”Zül” ilə başlayan adların ixtisar və əzizləmə biçimi

Zümrüd- Yunanca ”smaraqdos”, ərəbcə “züm(ür)rüd” kimi işlənən bu sözün Azərbaycan türkcəsi ilə bir neçə anlamı var: 1) yaşıl rəngli, parlaq, qiymətli bir daş; 2) yaşıl rəngli, yamyaşıl (rəng bildirir) ; 3) əfsanəvi bir quşun adı (əbədiyyət rəmzi kimi işlənir)

Share Button

Bir cavab yazın