loading...

Y hərfi ilə başlayan oğlan adlarının mənası

Share Button
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Yadigar  –  Xatirə, hədiyyə olaraq verilən və yaxud qalan şey; məs. örnək, nümunə, abidə

Yadulla – Bax: Yədulla

Yağış - Göydən yağan kiçik su damlaları; yağmur

Yağmur –  Yağış, yağıntı

Yaxşıbay – Yaraşıqlı bay, xoş münasibətli bay

Yakan – Yandıran, yaxıb-yandıran

Yaqub  - Əsli” yaqob”dur. Təqib edən, izləyən, ard-arda (daban-dabana) gələn, başqa sözlə ; doğulan əkiztayın ikincisi, birincisinin ardınca gələn. Oğlu Yusifin başına gələn əhvalatların üzündən dərd, kədər rəmzi kimi adı ədəbiyyatda qeyd edilən əfsanəvi peyğəmbərin adındandır.Bibliyada “İakov” kimi qeyd olunubdur.

Yaqubəli -  Bax: Yaqub və Əli

Yaqubxan - Bax: Yaqub və Xan

Yalaz-  Alov, şölə, parıltı

Yalaza - Bax: Yalaz

Yalçın -  Çox sərt və çılpaq qaya; dümdüz, dik, sivri

Yalman - Dik, sərt və sivri təpə, dağın təpəsi; silah və alətlərin kəskin ağzı, iti tərəfi, sivri ucu

Yanar - Tezalışan, odsaçan, alovsaçan, odlu, alovlu,atəşli; hararətli

Yarəhməd  - Əhmədin köməkçisi, dostu, yoldaşı

Yasar  - Əslində “yəsar” dır. 1) Var, dövlət; 2) sol, sol tərəf, sol cinah

Yarəli  - Əlini yardımçısı, köməkçisi, dostu

Yarməmməd  –  Məmmədin dostu, yardımçısı

Yasər - Bax: Yasar, Yəsar

Yasin  –  Qurandakı 36-cı surənin adıdır. Yas, mətam, məyusluq və kədər bildirən bu sözü Quranın bir sıra şərhlərində “ Ey insan, ya insan” kimi açıqlayırlar.

Yaşar  -  Yaşayan, çox yaşayan, sağ və salamat qalan, həyatını davam etdirən, ölməz. Adətən doğulan uşağın ölməməsi, yaşaması istəyi ilə qoyulan adlardanır. Vaxtilə bunun göyərən, yaşıllaşan anlamları olmuşdur.

Yavuz - Bunun “ yafuz” , “yaviz”, “yabız” ,”yabuz” kimi biçimləri də vardır. Şiddətli, çox sərt, yaman tünd, tündməcaz. Qədim zamanlarda başlıca olaraq pis, iyrənc, yaramaz, yaman, murdar anlamında olmuşdur. Bir sıra sözlərlə biləşərək mürəkkəb adlar da əmələ gətirir. Yavuzalp. Yavuzay, Yavuzbay, Yavuzbəy, Yavuzboğa, Yavuzcan, Yavuzər, Yavuzsoy və s.

Yaybəyi - Yay bəyi, yay fəslində anadan olan oğlan uşağına adətən bu ad qoyulur.

Yayla - Dağlıqdakı düzən yerlər, yaylaq

Yenibahar - Qabıqlı ədviyyat bitkisi;ədviyyat

Yədulla – Tanrının əli, Allahın əli

Yəhya  - Əsli “ yəhva”dır (yaxud da “yəqva”). Tanrı, Allah anlamını verdiyi ehtimal olunur. Dini kitablarda peyğəmbər olduğu göstərilir, guya Məryəmin əmisi oğlu olubdur.

Yıldırım - Bax: İldırım

Yılmaz - Sözündən dönməyən, səbatlı, mətanətli

Yolçu - Yola çıxıb gedən adam, yol gedən, səyyah; dilənçi; sədəqə toplayan

Yoldaş - Bir yolun yolçusu, yol yoldaşı, eyni məslək dostu, arkadaş. Orta Asiya türklərində “yuldaş” biçimində işlənir

Yönal -   İstiqaməti olan, özünəməxsus yol tutan; tərəfdar

Yunis - Bax: Yunus.

Yunus  –  Əsli ”yone”dir , “göyərçin” deməkdir.Əfsanəvi peyğəmbərlərdən birinin adıdır. Dini əfsanəyə görə bu peyğəmbər dənizə atılmış, onu böyük bir balıq udmuş, ancaq sonra o, yenə də sağ-salamat qalmışdır. Həmin balığa bu peyğəmbərin adı verilmişdir (delfin kimi tanıdığımız dəniz heyvanına müsəlman ölkələrində “Yunus”da deyilir.)

Yunusağa -  Bax: Yunus və Ağa

Yunusəli -  Bax: Yunus və Əli.

Yura -   Yoxuş, dik yoxuş

Yurd - Vətən , ölkə, məmləkət, vilayət; yaşama yeri; ev, oba; torpaq; toplanış yeri, bir yerə toplanma. Bir sıra sözlərlə birləşərək çoxlu adlar yaradır.

Yurdaay - Yurdu, vətəni işıqlandıran, məmləkəti aydınlandıran, ziyalandıran; ay kimi ölkəyə işıq saçan

Yurdaər - Vətənə sədaqətli xidmət edən əsgər, məmləkətini qoruyan igid, yurdun mərd kişisi

Yurdanər - Yurdun, vətənin ər kişisi. Həmçinin bax: Yurdaər

Yurdanur - Yurda, vətənə işıq saçan, vətəni aydınlatan, ziyalandıran, ölkəsini nurlandıran

Yurdum - Öz övladını, balasını da vətəni kimi sevənlər tərəfindən qoyulan adlardandır.

Yusif  – Əsli ”yosef”dir. Əlavə ediləcək, artırılacaq və yaxud Allah artıracaq, Tanrı əlavə edəcək. Beynəlxalq adlardandır. Jozef, Cozef, Cüzeppe, İosif, Osip və s. biçimlərdə müxtəlif xalqlar tərəfindən işlədilir. Öz gözəlliyi ilə seçilən Yusif dini rəvayətə görə peyğəmbər olmuşdur. Yaqub peyğəmbərin oğludur. Klassik ədəbiyyatda gözəl kişi, sadə adam, utancaq sifətləri ilə işlənmişdir

Yusifəli  – Bax: Yusif və Əli

Yusub - Bax: Yusif

Yusubəli - Bax: Yusif və Əli

Yusuf - Bax: Yusif

Yuva - Quşların və bir sıra heyvanların cütləşmək və bala çıxarmaq üçün özlərinə düzəltdikləri yer; daldalanma yeri, ocaq, sığınacaq; ictimai tədbirlərin keçirildiyi yer və s.

Yüksək - 1) Hündür, uca, yuxarı; 2) mövqe və rütbəsinə görə üstün olan, üstünlük; 3) ali, baş; 4) gur səs, bərk səslənmə; 5) dəyərli, bahalı

Yüksəl -  Yüksək olan, yüksələn; hörmətli, qiymətli

Yüksələn - Qalxan, irəliləyən; hörmət və sevgi qazanan; inkişaf edən

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | ÖPR | S | Ş | T | U | Ü | V | YZ

 

Share Button

Bir cavab yazın